"Biz Türkiyənin haqlı narahatlıqlarını ciddi qəbul edirik" - Stoltenberq
"Türkiyə həyati vacib müttəfiqdir, bir çox cəhətdən əsas rol oynayır və buna görə də onun haqlı narahatlıqlarını aradan qaldırmaq üçün səylər göstərilir".
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə mətbuat konfransında deyib.
"Türkiyənin terror təşkilatı PKK ilə bağlı narahatlıqları da daxil olmaqla, bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll etməliyik" deyən Stoltenberq Özü və və komandasının İsveç, Finlandiya və Türkiyə rəsmiləri ilə daimi təmasda olduğunu bildirib.
İyunun 29-30-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Sammitində sözügedən ölkələrin iştirakı ilə bağlı razılığın əldə edilib-edilməyəcəyi sualına da Stoltenberq Türkiyənin narahatlığına ən qısa zamanda cavab verildiyini və problemin həlli üçün səy göstərildiyini qeyd edib.
"Bunlar qanuni , terrorizm və silah ixracı ilə bağlı narahatlıqlardır. Biz anlamalı və yadda saxlamalıyıq ki, heç bir NATO müttəfiqi terror hücumlarından Türkiyədən daha çox zərər görməyib", – Stoltenberq vurğulayıb.
Stoltenberq "Türkiyənin İŞİD terror təşkilatı ilə mübarizədə mühüm rol oynadığını deyib:
"Türkiyə Ukraynanın dəstəklənməsində və qapalı qalan buğda ixracında mühüm rol oynayır. Ona görə də belə bir həyati müttəfiq terrorla bağlı narahatlıqlarını paylaşdıqda, biz bunu ciddi qəbul etməliyik"."Qafqazinfo"
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?