Bizi bu inkişaf həddinə müştərilərimizin tələbləri çatdırdı - 'Unibank'ın İdarə Heyətinin sədri Faiq Hüseynov

Bizi bu inkişaf həddinə müştərilərimizin tələbləri çatdırdı - 'Unibank'ın İdarə Heyətinin sədri Faiq HüseynovUnibank son illərdə öz inkişafında yeni mərhələyə qədəm qoydu. Bu proses necə getdi, Bankın inkişaf hədəfləri nədir və müştəriləri hansı yeniliklər gözləyir? Bu sualları Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov cavablandırıb. 
- Faiq müəllim, Bankın tarixinə baxanda görürük ki, Unibank bir neçə inkişaf mərhələsi keçib. 2021-2023-cü illəri əhatə edən yeni inkişaf strategiyasını bu prosesin davamı hesab etmək olarmı?
Dəyişiklik və inkişaf "Unibank"ın hər zaman daimi prosesi olub. Bir az keçmişə baxsaq, "Unibank"ın bəlli bir transformasiya xətti var. İlk transformasiyadan sonra, ikinci mərhələ 2012-2014-cü illərdə baş verdi. Bu zaman bank pərakəndə seqmentə kreditləşmə bankı kimi təqdim edildi və kifayət qədər uğurlu oldu. 2018-ci ildən bankda yenidən aktiv kreditləşmə dövrü başladı və bu proses 2020-ci ilədək davam etdi.  Həmin ildən etibarən isə Unibank bazarda özünün təqdimetməsini dəyişərək, yalnız kredit bankı deyil, müştərinin günlük bütün ehtiyaclarını özündə cəmləyərək  "ilk seçim bankı" olmağı məqsəd qoydu. 2021-2023-cü illəri əhatə edən "Sənin Bankın" adlı yeni inkişaf strategiyası çərçivəsində, 30 illik yubileyimizin təsadüf etdiyi 2022-ci ili "Unibank 3.0" transformasiya ili saya bilərik. "Müştərinin ilk seçim bankı" olmaq üçün yeni ekosistem yaradıldı ki, müştəri bu ekosistemdə ona lazım olan bütün bank məhsul və xidmətlərini 24/7 rejimdə və rahat ala bilsin. Bu ekosistem "Unibank"ın transformasiya olunmuş filial şəbəkəsi (Upoint) , transformasiya olmuş müştəri xidməti prosesləri, yeni kart məhsulu (UCard) və bu kartın xidmət göstərdiyi yeni özünəxidmət aparatları şəbəkəsi (UTM), mobil (UBank) tətbiqidir.
- Bankın hazırkı inkişaf mərhələsini nəzərdə tutan strategiyanın hazırlanmasını şərtləndirən hansı amillər oldu? 
Müasir dövrdə dəyişikliklər o qədər tez- tez baş verir ki, şirkətlər ən azı ildə bir dəfə strategiyalarını nəzərdən keçirməlidirlər. "Unibank"da bu strateji dəyişikliyi şərtləndirən əsas amil dünyada və ölkədə baş verən yeniliklər, bazarda artan rəqabət, potensial imkanlar, müştərilərin tələbkarlığının daha da artması oldu. Bu dəyişikliklərə uyğunlaşmaq üçün Türkiyə və Ukrayna bazarında bu işdə böyük təcrübəsi olan konsultantlarla birgə çox geniş bir bazar araşdırması həyata keçirdik, müştərilərin ehtiyaclarını, istəklərini öyrəndik, gündəlik həyatını müşahidə etdik və onların çətinliklərini, istəklərini ortaya çıxardıq. Bu araşdırmaların nəticəsi olaraq "Sənin Bankın" konsepti yarandı. "Sənin Bankın" konsepsiyasının məqsədi müştəriyə daha yaxın olmaqdır. Yəni Sənin bankın sənin bütün ehtiyaclarını ödəməlidir. Ona görə müştərinin istədiyi bank məhsul və xidmətlərini təklif etdik: çoxfunksiyalı, multivalyutalı UCard-ı müştəriyə təqdim etdik, "Rəqəmsal filial" konseptini yaratdıq, Apple Pay və Google Pay ödəniş imkanları müştərilərin istifadəsinə verildi.. 
-Demək olar ki, Leobank da bu yeni strategiyadan irəli gələn bir layihədir?
-Bəli. "Sənin bankın" konsepsiyasında araşdırma zaman iki mühüm aspektə diqqət etdik. Birinci - müştərilərin ehtiyac və istəkləri, ikinci isə bu ehtiyacların və istəklərin  bank məhsulları və xidmətləri çərçivəsində həlli. Azərbaycanda ilk dəfə olaraq «mobile-only» (filialsız bank) prinsipinə uyğun olaraq istifadəyə verilən Leobank da müştərilərin istəklərinə, tələblərinə, onların rahatlığına, müştəriyə seçim imkanı yaratmağa yönəlmiş bir layihədir. Leobank-a olan yüksək maraq, çox qısa müddətdə yüzminlərlə müştərinin seçiminə çevrilməsi, layihənin nə qədər müştəriyönümlü olduğunun göstəricisidir. Biz bu bir il ərzində müşahidə etdik ki, müştəri üçün məsafəli bank xidmətlərinin əlçatanlığını təmin edən Leobank mobil bankçılıq xidməti ölkə əhalisinin maliyyə xidmətlərinə marağının əhəmiyyətli dərəcədə artırılmasına xidmət edib. Bu gün Leobank kartlarının 80%-nin gündəlik aktiv kartlar olması da, layihənin müştəriyönümlülüyündən xəbər verir.
- Yeni strategiya çərçivəsində görülən işlər yəqin ki, böyük sərmayə qoyuluşları hesabına başa gəlib?
- Mərkəzində müştəri və onun məmnuniyyəti dayanan bu konsepsiya çoxsaylı və kifayət qədər büdcəli layihələrin icrası ilə müşayiət olunur. Müştərilərimizin istəyinə uyğun olaraq xidmət və məhsulların ən yaxşısını etmək üçün son iki ildə böyük sərmayəli layihələr həyata keçiririk və bu proses davam edir. Bu layihələrin bəzilərinin nəticəsini müştəri indi hiss edir, bəziləri isə yaxın gələcəkdə xidmət və məhsullarımızda hiss olunacaq. UCard, Leobank, UPoint -yeni filial modeli, davamlı təkmilləşdirilən mobil tətbiqlər, xüsusi İT infrastruktur,  daxili prosessinq mərkəzi bu layihələrin yalnız bir hissəsidir. Bütün bu layihələr müştəriləri daha yüksək bank xidmət və məhsulları ilə təmin etmək üçündür. 
- İlin sonuna az qalıb, "Sənin Bankın" konsepsiyası çərçivəsində nəzərdə tutulan tədbirləri tam yekunlaşdırdığınızı demək olarmı? Bu iş yəqin ki komandanızın son illərdəki böyük uğurlarından biridir. 
- Müştərilərimizin tələbləri, istəkləri davam etdikcə, Sənin Bankın davamlı təkmilləşəcək. Çünki konsepsiyanın  əsas məqsədi davamlı olaraq müştəri məmnuniyyətini təmin etməkdir. Bu böyük dəyişiklik, layihə təbii ki, beynəlxalq ekspertlərin yaxından iştirakı ilə komandamızın gərgin zəhmətinin bəhrəsidir. Amma burda əsas təşəkkür müştərilərimizə düşür. Unibank olaraq biz bu yenilənməyimizi, inkişafımızı, bazardakı yerimizi öz tələbkar müştərilərimizə borcluyuq. Fikir vermisinizsə, bizim müştərilərimiz bazarın ən tələbkar, ən iddialı, xidmətin, məhsulun ən yaxşısını istəyən müştəriləri sırasındadır. Mən üzümü müştərilərimizə tutub demək istəyirəm: Sizin tələbləriniz, istəkləriniz  sayəsində daha sürətli inkişaf yolu keçib, ölkənin ən innovativ banklarından biri olduq. Bizdən hər zaman yüksək bank xidmətləri tələb etdiyiniz üçün sizə təşəkkür edirik. Siz "Unibank"ı ölkənin ən inkişaflı, öncül banklarından birinə çevirdiniz. 
Bu illərdə sərfəli təklifləri, loyallıqları ilə daim  yanımızda olan partnyorlarımıza da minnətdarıq. Sonda ən müştəriyönümlü bank olmağa çıxdığımız bu yolda bizimlə addımlayan 1,5 milyondan çox müştərinin hər birinə bir daha loyallıqları və etibarlı olduqları üçün təşəkkür edirəm. 
-Maraqlı müsahibəyə görə təşəkkür edirik! / azxeber.com

İqtisadiyyat       Tarix: 11 noyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber son xeberler 2026 son xeber az hava haqqinda