Blinken Hakan Fidana hörmətsizlik etdi
Xəbər verdiyimiz kimi, dünən Ankarada Türkiyənin XİN rəhbəri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında keçirilən görüşdən əvvəl maraqlı an yaşanıb. Hakan Fidanın amerikalı həmkarını qarşılaması zamanı Blinken onu qucaqlayaraq görüşmək istəsə də, Türkiyənin XİN rəhbəri bu jestə cavab olaraq həmkarı ilə əllə salamlaşmağa üstünlük verib.
KONKRET.az xəbər verir ki, "CNN Türk" Hakan Fidanın Blinkenə reaksiyasının səbəbini açıqlayıb.
Məlumata görə, nazirlərin görüşü üçün Blinkenin içərisində olduğu avtomobil Türkiyə Xarici İşlər Nazirliyinin qarşısına gəldikdə hər qarşılamada olduğu kimi Hakan Fidan qonağı qarşılamaq üçün binanın önünə çıxıb. Lakin Blinkenin bu zaman avtomobildə telefonla danışdığı və söhbətini bitirməyərək türkiyəli həmkarını gözlətdiyi bildirilir.
"Blinken avtomobildən enmədiyi üçün Hakan Fidan binaya geri qayıdıb. Diplomatik nəzakətsizlik nümayiş etdirən Blinkeni binanın içərisində qarşılayan Fidan onun görüşmək jestini qəbul etməyib", – deyə məlumatda qeyd olunub. Qafqazinfo
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ