Blinken İsrail, İordaniya, Yaponiya, Koreya Respublikası və Hindistana səfər edəcək
ABŞ dövlət katibi Antoni Blinken noyabrın 2-10-da İsrail, İordaniya, Yaponiya, Koreya Respublikası və Hindistana səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, Blinken Təl-Əvivdə Vaşinqtonun Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək, girovları azad etmək və onlara humanitar yardımın həcmini artırmaq səylərini müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, Blinken Tokioda "Yeddilik" ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək, həmçinin Yaponiyanın baş naziri Fumio Kişida və ölkənin xarici işlər naziri Yoko Kamikava ilə ikitərəfli görüşlər keçirəcək. Seulda ABŞ dövlət katibi Koreya Respublikasının Prezidenti Yoon Seok Yeol və xarici işlər naziri Park Çinlə görüşəcək. Bundan sonra Blinken Hindistana gedəcək və burada ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə birlikdə hindistanlı həmkarları ilə "2+2" formatında Hind-Sakit Okean regionundakı vəziyyətlə bağlı müzakirə aparacaqlar.
Ariz Həsənoğlu,
KONKRET.az

Neft həftəni bu qiymətlə başladı
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Biz onda "Qarabağ"ı belə qəbul etməmişdik" - Tahir Gözəl
"Turan Tovuz" – "Fənərbağça" oyununun vaxtı açıqlandı
Salyanda kişini maşın vurdu - Yerindəcə öldü
Türkiyədə silahlı atışma: ölənlər var
Bakıda restoranda meyit tapıldı
Bakının bu ərazisində 52 qəzalı bina söküləcək
Dörd ölkə, on istiqamət: AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi
Formula-1'lə bağlı mühüm dəyişikliklər
Tacir Şahmalıoğlu əməliyyat olundu
Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə
Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir
"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər