Blinken Vyetnama səfər edəcək
ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Vyetnama səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Ehtimal olunur ki, Blinken aprelin 16-18-də Yaponiyada keçiriləcək Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl aprelin 15-də Hanoy şəhərinə gedəcək.
ABŞ dövlət katibinin səfəri ABŞ və Vyetnam arasında münasibətləri daha yüksək səviyyəyə çatdırmaq səylərinin bir hissəsi olacaq.
Turlar.az [newsid: 0-123300]