Blinkenin Laçın DƏRDİ, yoxsa ABŞ-ın sülh CƏHDİ? - Qeyri-rəsmi CAVAB

Blinkenin Laçın DƏRDİ, yoxsa ABŞ-ın sülh CƏHDİ? - Qeyri-rəsmi CAVABAprelin son günü Azərbaycan üçün yağış, dolu və sellə yadda qaldı. Qara buludlar siyasi çözümlərin də başının üstünü aldığından, insanlar regional diplomatiyadakı ab-havanın aydınlaşmasına ümid edirlər. Buna görə də xarici işlər naziri Ceyhun Bayramovun Entoni Blinkenin dəvəti ilə baş tutan ABŞ səfəri diqqətlə izlənilib.
KONKRET.azxəbər verir ki, Bayramovun erməni həmkarı ilə görüşündə Ağ Evin təklif etdiyi sülh variantı ətrafında müzakirələrin aparılacağı nəzərdə tutulub.
Xatırladaq ki, aprelin 17-19 aralığında Ermənistan və Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonun hər iki ölkəyə sülhün Vaşinqton variantını təqdim etdiyi iddia olunur. Yəni siyasi arenada heç nə təsadüfən baş vermir. Bütün səfər və görüşlər arasında ümumi bağ mövcuddur. Amma bu bağ "Qordi düyünü"nə bənzəyən sülhə yol açmaq mahiyyəti daşıyır. Sadəcə, keçmişdə qalan konflikt düyününü salan, öz vasitəçiliyi ilə sülhə mane olmaq istəyənlər də az deyil. Belə vasitəçilikdən bəhs edəndə ilk ağıla gələn Rusiyadır. Sülh səylərindəki təzadlı pauza bir yana, Kremlin sülhməramlı komandanları "babat" keçmişi olanlardır. Təkcə onu demək kifayətdir ki, sülhməramlıların yeni komandanı Aleksandr Lentsov Əfqanıstan müharibəsi, hər iki Çeçen savaşlarının iştirakçısıdır.
• O həm də Cənubi Osetiyadakı hərbi konfliktdə döyüşüb. Belə komandanların yardımı ilə Moskva Gürcüstanın Abxaziya və Cənubi Osetiyasına qondarma müstəqillik verib.
Qarabağda da özünü zəhmli tərəfdən göstərməyə çalışır. Belə ki, aprelin 27-də teleqram kanallarda belə bir xəbər yayılmışdı ki, sülhməramılılar Azərbaycanın Laçın yolunda hərəkəti məhdudlaşdırmasına etiraz edir və maneələr aradan qalxmasa, buna güc yolu ilə nail olacaqlar. Aprelin 28-də isə Laçın-Xankəndi yolunda ekofəalların etiraz aksiyası müvəqqəti dayandırıldı. Ekoaksiyanı məlumat üçün xatırlatdım, yəni hazırda Bakı yetərincə siyasi gücə malikdir ki, sanksiyalı Rusiyanın sülhməramlı kontingentinin Cənubi Osetiya parodiyalı xoxundan qorxmasın. Həm də Azərbaycan məqsədinə çatıb. İsbat kimi Laçındakı sərhəd-buraxılış məntəqəsini göstərmək olar.
Ermənistan və Azərbaycan XİN rəhbərlərinin ABŞ müzakirələrindən əvvəl Nikol Paşinyanın Entoni Blinkenə zəng vurması və Azərbaycanın Laçın yolundakı fəaliyyətinə Qarabağda etnik təmizləmə donu geyindirməyə çalışması sözügedən sərhəd-buraxılış məntəqəsinin nə dərəcədə əhəmiyyətli olduğuna sübutdur. Hər nə isə, Nikolun arvad vay-şivənlərindən cana doyan Blinken kişi səsi eşitmək və əslində nə baş verdiyini bilmək üçün Prezident İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Entoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Azərbaycan olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib. Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir.
Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.
Sonuncu cümlənin nə qədər mühüm olduğunu anlamaq üçün bir neçə gündür ki, separatçıların keçirdiyi aksiyaya diqqət yetirmək kifayətdir. Belə ki, Qarabağdakı ermənilər qondarma rejimə "müstəqillik" qazandırmaq naminə imza toplamaqla məşğuldurlar. Bu halda siyasi analiz həvəskarlarında belə bir zənn-güman yaranır:
– Görünür, Rusiya ordusunu Ukraynadan çıxartmağın əvəzində Qərbin qarşısına Qarabağın dağlıq hissəsi şərtini qoyub.
Necə ki, İslamda zənnə, gümana qapılmaq bəyənilmir, politologiyada da "ehtimal nəzəriyyəsi"nə ciddi yanaşmırlar. Siyasət başqa, riyaziyyat başqa! Müəyyən şübhələri, tərəddüdləri aradan qaldırmaq üçün yazını Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayılın sözlərilə yekunlaşdırırıq:
"Şuşa bəyannaməsi əsasında öz müdafiə gücünü möhkəmləndirən Azərbaycan Türkiyə ilə birlikdə regionun geosiyasətini dəyişir. Ölkələrimizin regional oyunçu olaraq əhəmiyyəti artır və bizim razılığımız olmadan bölgədə nəsə dəyişmək mümkün olmayacaq".
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 01 may 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun sonxeber son xeberler 2026 gunun xeberleri