"Blinkenin telefon zəngi onu göstərdi ki, Azərbaycan ABŞ üçün əvəzolunmaz tərəfdaşdır" - Elmar Məmmədyarov

ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obraynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsində sərsəmləmələrindən heç iki həftə keçməmiş Ağ Ev yeni təşəbbüslə çıxış etdi. Belə ki, noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etdi. Telefon söhbəti zamanı Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Təbii ki, bu telefon danışığı Azərbaycanın növbəti siyasi uğurudur. Çünki Konqresdə səslənən fikirlər və Azərbaycana hərbi yardımın dayandırılması haqqında qərar bəzilərində belə bir fikir formalaşdırmışdı ki, ABŞ Azərbaycana qarşı siyasətini dəyişir. Lakin sonrakı proseslər və Antoni Blinkenin telefon zəngi onu göstərdi ki, Azərbaycan ABŞ üçün əvəzolunmaz tərəfdaşdır.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur:
"Prezident İlham Əliyev çox böyük siyasi ustalıq göstərdi. Nəticədə ABŞ geri çəkildi. Bildiyiniz kimi, noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayn Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində bildirmişdi ki, ABŞ birtərəfli qaydada bu ölkənin yüksəksəviyyəli rəsmilərinin Azərbaycana səfərini dayandırır.
İndi isə Blinken Azərbaycan Prezidentindən xahiş edir ki, Obraynın Bakıya səfərinə icazə versin.
Üstəlik, Dövlət katibi hər iki ölkənin yüksəksəviyyəli rəsmilərinin görüşünü vacib sayır. Bu da o deməkdir ki, ABŞ Azərbaycan qarşısında geri çəkilir".
Elmar Məmmədyarov onu da qeyd edib ki, ABŞ doğrudan da Cənubi Qafqazda sülh və regionda təmsil olunmaq istəyirsə, onda Azərbaycanla münasibətlər ən üst səviyyədə olmalıdır:
"Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir layihə reallaşdırıla bilməz. Ona görə də Ağ Ev Azərbaycanla münasibətləri korlamaq istəmir. Və qarşılıqlı səfərlərin davamlı olmasında marağını ifadə edir".

Siyasi       Tarix: 30 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun cəbhədən ən son xəbər cəbhədən son xeber krimnal bugun