BMT Azərbaycanın narkotiklərlə mübarizədə nailiyyətlərini yüksək qiymətləndirir
Bu gün Dövlət Gömrük Komitəsində (DGK) BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramının nümayəndəsi ilə görüş keçirilib.
Azxeber.com xəbər verir ki, görüşdə DGK sədrinin müavini Əsgər Abdullayev, Komitənin aidiyyəti strukturlarının əməkdaşları, Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın Qara dəniz regionu və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Naida Çamilova iştirak ediblər.
Ə. Abdullayev Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində beynəlxalq və regional əməkdaşlıq məsələlərindən danışıb, Proqram çərçivəsində həyata keçirilən təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Ə.Abdullayev Azərbaycan gömrüyünün qaçaqmalçılıq və narkotiklərlə mübarizə istiqamətində beynəlxalq əməkdaşlığa önəm verdiyini, bu sahədə səmərəli və işgüzar təşəbbüsləri hər zaman dəstəklədiyini diqqətə çatdırıb.
N. Çamilova DGK ilə səmərəli və faydalı əməkdaşlıqdan bəhs edib, son illər Azərbaycan gömrükçülərinin narkotiklərlə mübarizə istiqamətində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Görüşdə, eyni zamanda Proqram çərçivəsində əməkdaşlıq, limanlardakı nəzarət məntəqələri ilə bağlı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artdı
Azərbaycanda pensiyaçıların sayı niyə azalır? - Rəqəmlər açıqlandı
"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI - FOTO
Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib
Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik
Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi
Rusiya bombaladı, 13 yaşlı idmançı öldü
Füzulidə yanğın: əlavə qüvvə cəlb edildi
Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama
KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
Mobil telefona görə imtahana buraxılmayan gənc itkin düşdü
Kirayəçi hansı hallarda evdən çıxarıla bilər?
Saxlanılan Haluk Leventdən ilk açıqlama - 'Zaman hər şeyi göstərəcək