BMT baş katibi Liviyaya çağırış etdi
BMT baş katibi Antoniu Quterreş Liviyaya çağırış edib.
KONKRET.az xəbər verir ki, A.Quterreş ölkədə müharibə edən tərəflərə xalqın iradəsinə hörmət edilməsinə və seçkilərin mümkün qədər tez keçirilməsinə çağırıb.
"Ölkədə prezident və parlament seçkiləri prioritet olmalıdır", – deyən A.Quterreş Liviyanın şərqində yerləşən Tobrukdakı Nümayəndələr Palatasının keçmiş daxili işlər naziri Fəthi Başağanın baş nazir seçilməsindən sonra tərəflərin də şəffaflıqla qərarlar qəbul etməli olduğunu bildirib.
Ölkədə sabitliyin qorunub saxlanmasının vacibliyini vurğulayan baş katib, səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçən 2,8 milyon vətəndaşın siyasi iradəsinə hörmət edilməsi zəruriliyini vurğulayıb.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayında BMT-nin himayəsi altında təşkil edilən Liviya Siyasi Dialoq Forumda ölkədə prezident və parlament seçkilərinin 24 dekabr 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib. Lakin Nümayəndələr Palatası və Dövlət Ali Şurasından ibarət partiyalar seçkilərin hüquqi infrastrukturunu müəyyən edəcək qanunla bağlı razılığa gələ bilməyiblər. Hüquqi problemlərə görə Liviyada seçkilərin keçiriləcəyi tarixi hələ də məlum deyil.
Kurslar.az kurslar [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var