BMT-də İranla nüvə anlaşması müzakirə ediləcək
BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyətlə bağlı toplantı keçirəcək.
Publika.az "Novosti"yə istinadən xəbər verir ki, bunu CAR-ın dünya təşkilatındakı daimi nümayəndəsi Ceri Mettyus Matjila deyib.
Onun sözlərinə görə, toplantı 22 dekabr tarixində baş tutacaq.
Qeyd edək ki, İran nüvə məsələsi üzrə danışıqlar zamanı əldə edilmiş razılıqda nəzərdə tutulan radioaktiv maddə ehtiyatını artırmaqda davam edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üzvlərinin yaydığı sənəddə bildirilib ki, noyabrın 2-dək olan məlumata əsasən, İranda nüvə yanacağı ehtiyatı 2 400 kq-dan artıqdır.
2015-ci ilin yayında "altılıq" ölkələri ilə əldə edilən razılaşmaya görə, İslam Respublikası 200 kq səviyyəsində radioaktiv maddə əldə edə bilər.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək