BMT-dən Tacikistana çağırış: "Əfqanların deportasiyasını dayandırın"
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) əfqan qaçqınların Tacikistandan deportasiya edilməsindən narahatlığını bildirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, avqustun 23-də Tacikistan hakimiyyəti üç uşaqlı ananı Əfqanıstana deportasiya edib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığın departament direktoru Elizabet Tan bildirib ki, Tacikistan qaçqınların saxlanmasını və deportasiyasını dayandırmalıdır.
Bildirilir ki, 2021-ci ildən bəri Tacikistandan əfqanların deportasiyası ilə bağlı çoxsaylı hadisələr qeydə alınıb. Bununla əlaqədar BMT QAK bütün ölkələri əfqan vətəndaşlarının öz vətənlərinə məcburi qaytarılmasını dayandırmağa çağırıb.
Məlumata görə, Əfqanıstanda "Taliban" hərəkatı hakimiyyətə gəldikdən sonra Tacikistana 5,7 min nəfər əfqan qaçqını gəlib.
Qeyd edək ki, "Taliban" hökuməti əsasən puştunlardan ibarətdir və 40 postdan yalnız ikisini taciklər tutur.
Tacikistan prezidenti Emomali Rahmon dəfələrlə "Taliban"ı Əfqanıstandakı taciklərin hüquqlarına məhəl qoymamasına görə tənqid edib. Onun sözlərinə görə, etnik taciklər Əfqanıstan əhalisinin 46%-dən çoxunu təşkil edir.
İqbal Rzayev,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?