BMT Ermənistanda azadlıqların məhdudlaşdırılmasından narahatdır
BMT-nin insan haqları komitəsi Ermənistanda dinc toplaşma azadlıqlarının əsassız məhdudlaşdırılması, dinc nümayişlərə polis müdaxiləsi və nümayişçilərin qanunsuz olaraq uzunmüddətli saxlanmasından narahatlığını ifadə edib.
Bu barədə komitənin bəyanatında deyilir.
Qeyd olunur ki, komitənin ekspertləri Ermənistana aksiyalar zamanı polisin sayını azaltmağı və həddən artıq güc tətbiq olunaraq həbslərin həyata keçirilməsi barədə faktları araşdırmağı tövsiyə edib.
Bundan başqa, komitə Ermənistanı daxili qanunvericiliyin BMT-nin hüquq-mühafizə orqanları tərəfindən güc və odlu silahın tətbiq olunması üzrə Əsas prinsiplərinə tam uyğunlaşdırılmasını təmin etməyə çağırıb:
"Məhkəmə hakimiyyətinin asılılığına gəldikdə, komitə icra və qanunverici hakimiyyətin hakim və prokurorların təyinatı və azad edilməsi prosesinə təsirindən narahatdır. Komitə Ermənistana hakim və prokurorları istənilən təzyiq formasından və müdaxilədən qorumağa və onların təhlükəsizliyini təmin etməyə çağırıb", - deyə bəyanatda vurğulanır. /publika.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək