BMT-nin Ali nümayəndəsi: 'Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim
"Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim. Bu ərazinin tarixi-mədəni, dini irsinin dağıdılması, müqəddəs yerlərin təhqir edilməsi yolverilməzdir".
Bu barədə jurnalistlərə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos erməni işğalından azad edilmiş Füzuli rayonuna səfəri zamanı bildirib.
Ali nümayəndə qeyd edib ki, hətta insanlar fərqli olsalar belə, bu, onları bir-birindən uzaqlaşdırmamalı, birləşdirici dəyər olmalıdır: "Bütün millətlər bu fərqləri qəbul etməli və bir-birinə hörmətlə, anlayışla yanaşmalıdır. Çünki sülhə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunduğu mühit iradəmizi ifadə etmək imkanı yaradır, bütün bəşəriyyətə sülh və çiçəklənmə gətirir".
Migel Angel Moratinos onu da qeyd edib ki, BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanın təşəbbüskarı olduğu və xalqlar arasında dialoq, əməkdaşlığın inkişafına yönəlmiş "Bakı prosesi"ni həmişə dəstəkləyib, Azərbaycanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
"Azərbaycan "Bakı prosesi" çərçivəsində beynəlxalq tədbirlərin bir parçası olan Bakı qlobal forumlarına dəfələrlə ev sahibliyi edib və bu tədbirlərin gedişatı zamanı biz, BMT-nin Sivilizasiyalar Alyansı olaraq, multikultural dəyərlərin təbliği məsələsində Azərbaycanla sıx əməkdaşlıq etmişik", - deyə Ali nümayəndə əlavə edib.
///Report
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Prezident Canni İnfantinonu qəbul etdi
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?