BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi
BMT-nin Baş katibi Antonio Quterreş Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Azərbaycan Respublikasının bütün vətəndaşlarına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərini çatdırıb. Qeyd edib ki, tarixin bu qeyri-adi məqamı bizə vahid bəşər ailəsi kimi həmrəylik şəraitində çalışmaq zərurətini xatırladır.
"Hər bir ölkə öz milli sərhədlərindən daha uzaqlarda yaşanan çətinliklərin, o cümlədən COVID-19 pandemiyası nəticəsində artmış yoxsulluğun, bərabərsizliyin və ədalətsizliyin aradan qaldırılmasına, fövqəladə iqlim dəyişikliklərinin yaratdığı problemlərin və dünyamızı cənginə almış münaqişələrin həllinə kömək etməlidir", - deyə Antonio Quterreş vurğulayıb.
Baş katib inandığını bildirib ki, Azərbaycanın bütün vətəndaşları çətinliklərə qalib gəlməyə, Davamlı İnkişaf Məqsədlərində irəliləyiş əldə olunmasının sürətlənməsinə, bütün insanlar üçün daha yaxşı, daha ədalətli, daha sülhpərvər dünya qurulmasına kömək edəcəklər.

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun