BMT rəsmisi: 'Azad edilmiş torpaqların bərpasında Azərbaycana kömək göstərəcəyik
"BMT təsisatları Azərbaycanın azad olunmuş torpaqlarında minalardan təmizləmə və bərpa işlərinə kömək göstərəcək".
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Şuşada Azərbaycanın bu təşkilatla tərəfdaşlığının 30 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.
"1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul olundu və ötən dövr ərzində əməkdaşlığımızı gücləndirmək üçün çalışmışıq. Bakıdakı ofisimiz yeni açılanda münaqişə nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünlərə kömək edirdik" - o deyib.
BMT rəsmisi 2021-ci il martın 1-də təşkilatla Azərbaycan arasında qarşıdakı 5 il ərzində əməkdaşlığın başlıca istiqamətlərinə dair çərçivə sazişi imzalandığını xatırladıb: "Bunlar arasında gender bərabərliyi, ətraf mühitin mühafizəsi, inklüziv inkişaf məsələləri də var. Hazırda bu istiqamətdə səylə çalışırıq".
V.Andreyeva Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətini, o cümlədən təşkilat çərçivəsində pandemiyaya qarşı görülən tədbirlərə töhfəsini yüksək dəyərləndirib.
///Report

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti