BMTM: "İşğal edilmiş ərazilərdə keçirilən qondarma "seçkilər" siyasi tamaşadır

BMTM: "İşğal edilmiş ərazilərdə keçirilən qondarma "seçkilər" siyasi tamaşadırBMTM: "İşğal edilmiş ərazilərdə keçirilən qondarma "seçkilər" siyasi tamaşadır"
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi nəzərdə tutulan qondarma "seçkilər"lə bağlı açıqlama yayıb. 
Açıqlamada deyilir: 
"2020-ci il martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "rəhbərliyinə" ("prezident" və "parlament") işğalçı rejim tərəfindən növbəti qeyri-qanuni seçkilərin keçirilməsi planlaşdırılır. Koronavirus kimi pandemiyanın dünyada sürətlə yayıldığı bir dövrdə, bütün dünyada kütləvi tədbirlər və insan toplantılarının təxirə salındığı halda, işğalçı rejimin öz siyasi oyunlarından əl çəkməməsi bir daha işğal altında yaşayan insanların həyatlarına, sağlamlıqlarına və təhlükəsizliklərinə etinasız münasibətin göstəricisidir.
Qeyd edilməlidir ki, işğal edilmiş və etnik təmizləmə aparılmış Azərbaycan ərazilərində bu cür siyasi tamaşalar həm Azərbaycan Respublikası qanunvericiliyinin, həm də bütün beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulması faktıdır. Bu qondarma seçkilər işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhdlərdən biri olmaqla, heç bir şəkildə işğal edilmiş ərazilərdə həyata keçirilən bütün qanunsuz fəaliyyətlərə görə, məsuliyyəti Ermənistanın üzərindən götürə bilməz.
Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarında da bir daha işğal edilmiş ərazilərdə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü göstərməklə, qondarma "Dağlıq Qarabağ" rejiminin heç bir hüquqi və siyasi legitimliyinin olmadığını təsbit edib.
Bu və ya buna bənzər əvvəlki digər qanunsuz seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur, Azərbaycan torpaqlarının işğalı faktını heç bir şəkildə dəyişdirə bilmir və bilməz. Beynəlxalq hüquq tərəfindən qeyd-şərtsiz Azərbaycan əraziləri kimi tanınan işğal altındakı torpaqlarda hansısa seçkilərin keçirilməsi, hakimiyyət orqanlarının formalaşdırılması və vətəndaşların iradələrinin ifadə edilməsi yalnız Azərbaycan Respublikası qanunvericiliyi əsasında, mərkəzi hakimiyyət orqanlarının və bütün vətəndaşların iştirakı ilə mümkündür. Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri daxilində seçkilər yalnız və yalnız ölkə qanunvericiliyi, mərkəzi hakimiyyət orqanlarının və bütün vətəndaşlarının iştirakı ilə keçiriləcəyi təqdirdə hüquqi qüvvəyə malikdir.
Azərbaycanın işğal edilmiş ərazilərində əvvəllər də keçirilmiş bənzər "seçkilər"ə beynəlxalq təşkilatlar və dövlətlər dəfələrlə müvafiq siyasi qiymətlərini veriblər. 2017-ci il fevralın 20-də Avropa İttifaqı Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "referendum"un konstitusion və hüquqi çərçivələrini tanımadığını bəyan etmişdi. Bundan əlavə, Avropa İttifaqı həmin "referendum"un və onun nəticələrinin hansısa formada Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə təsir edə bilməyəcəyini göstərib. 2019-cu ilin dekabrında bu mövqeyi Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Mogerini həmin ilin sentyabrında keçirilən qeyri-qanuni "mer seçkilərinə" münasibətində bir daha təsdiq edərək, "həmin seçkilərin konstitusion və hüquqi çərçivələrini" tanımadıqlarını və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirdi. Bundan əvvəl - 2012-ci ildə qondarma rejimin "prezident seçkilərini" Avropa İttifaqı, NATO və ATƏT kimi beynəlxalq təşkilatlar tanımamış və pisləmişdi.
Nəticə olaraq, təəssüflə qeyd etməliyik ki, göstərilən qeyri-qanuni seçkilər Ermənistan rəhbərliyinin münaqişənin həlli prosesində tutduğu qeyri-konstruktiv mövqeyinin və işğalçı siyasətinin daha bir göstəricisidir. Azərbaycan Ermənistanın təcavüzkar siyasətinə cavab olaraq, dünya ictimaiyyətini münaqişənin həllinin bölgənin azərbaycanlı və erməni icmalarının bərabər iştirakı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli yolunu dəstəkləməyi və bölgədə əvvəl keçirilən qeyri-qanuni seçkilərə verilən müvafiq qiymətlərində daha prinsipial olmağa çağırır". /oxu.az

Siyasi       Tarix: 30 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler xabar az son xeber az kriminal bugun