BNA-də niyə əməliyyat keçirildi? - 'Avtobusların çoxu xarab oldu, işləmirdi

BNA-də niyə əməliyyat keçirildi? - 'Avtobusların çoxu xarab oldu, işləmirdiXəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirib. 
Əməliyyat haqqında hələlik rəsmi məlumat olmasa da, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli əməliyyat keçirildiyini təsdiqləyib: "Mən hazırda məzuniyyətdəyəm. Bəli, BNA-da əməliyyat keçirilib, istintaq aparılır. Saxlanılanlarla və mənimlə bağlı aidiyyatı qurum məlumat verəcək.  Xeyr, mənimlə bağlı hələki problem yoxdur,  dəvət olunmamışam".
2015-ci ildə yaradılan BNA-nın uğursuz fəaliyyəti zaman-zaman ictimaiyyət nümayəndələrinin, deputaların tənqid hədəfi olub. Məhz bu tənqidlərdən sonra BNA 2023-ci ilin 19 aprelindən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi. 
Bütün bunlara baxmayaraq, agentliklə bağlı nöqsanlar hələ də mətbuat səhifələrində dərc edilir, quruma qarşı ictimaiyyət tərəfindən tənqidlər səsləndirilir. 
Bəs, yarandığı gündən bu günə kimi Bakı Nəqliyyat Agentliyi niyə uğursuz bir quruma çevrildi? 
Mövzu ilə bağlı azxeber.com-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev sözügedən agentliyin qarşısına qoyulan heç bir işi yerinə yetirə bilmədiyini bildirib:
BNA-də niyə əməliyyat keçirildi? - 'Avtobusların çoxu xarab oldu, işləmirdi"3 il öncə Milli Məclisdə jurnalistlərə açıqlamamda avtobuslarla, cərimələrlə , avtomobillərin dayanma-durması ilə əlaqədar böyük problemlərin olduğunu deyib, tənqid etmişəm. Bu qurumun yaradılmasında məqsəd ondan ibarət idi ki, Bakı şəhərində nəqliyyat problemləri  həll olunsun. Əfsuslar olsun ki, problemlər həll olunmadı. Parkomatlarla, ictimai nəqliyyatın normal işləməsi istiqamətində problemlərin heç biri həllini tapmadı. Cəhdlər göstərildi, ancaq düzgün formada iş qurulmadı. Bu məsələləri dəfələrlə  tənqid edirdim. Çalışırdım öz məsləhətimi verim. Ancaq nə məsləhəti, nə də tənqidi normal qəbul etmirdilər. Ataların sözü var ki, gedənin dalınca danışmaq düz deyil. Ancaq BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini tam doğru addım hesab edirəm. Gözləntilər ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti məsələni köklü formada aparacaq. İctimai nəqliyyatın idarə edilməsi intellektual səviyyədə olmalıdır. Aldığım məlumata görə 100-ə yaxın avtobus ehtiyyat hissələrinin olmadığına görə maşruta çıxa bilmirdi. Bu da qeyd etdiyim kimi böyük narazılıqların yaranmasına gətirib çıxarırdı".
Rüfət Quliyev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyindən fərqli olaraq Bakı Şəhər İcra Hakimiyyəti məsələlərə xüsusi önəm verir:
"Problemləri kökündən həll etmək lazımdır. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki, Azərbaycanda urbanizasiya problemi var. Şəhər mərkəzlərinə böyük insan axını var. Xaricdən gətirilən minik avtomobillərinin sayı artır. Hətta pandemiya zamanıda da 15 faizə qədər artım var idi. Bunların hamısını nəzərə alaraq düşünürəm ki, bu məsələlər kökündən həll olunacaq. Elə birinci yaxşı xəbər ondan ibarətdir ki, Nazirlər Kabinetinin qərarı ilə icazə olunan yerlərdə  nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 07:00-ə qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur. Belə bir proqnoz vermək istəyirəm ki, qalan problemləri Bakı Şəhər İcra Hakimiyyəti tamamilə həll edəcək. Müəyyən addımlar atılır, bu addımların sürətini artırmaq lazımdır".
Şəbnəm Zahir

Sosial       Tarix: 27 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri yeni xeberler son xeberler novruz bayramı cəbhədən görüntülər bu gune olan xeberler son xeber az