Bölgələrə səyahət edən turistlər niyə sığortalanırlar? - Tur şikrətlərinin yeni tələbləri + FOTO

Bölgələrə səyahət edən turistlər niyə sığortalanırlar? - Tur şikrətlərinin yeni tələbləri + FOTOBölgələrə səyahət edən turistlər niyə sığortalanırlar? - Tur şikrətlərinin yeni tələbləri + FOTO
Son vaxtlar Azərbaycanda səyahət sığortasından istifadənin genişləndiyi müşahidə olunur. Belə ki, daha çox xarici səfərlərdə tələb edilən səyahət sığortası artıq Azərbaycanın regionlarına təşkil edilən turlarda, hətta qısamüddətli səfərlərdə belə tətbiq edilir.
Maraqlıdır, səyahət sığortasına tələbatın artmasına səbəb nədir? Sığortanın bu növünün inkişafı turizm və ümumi sığorta sahəsi üçün nə vəd edir?
Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, səyahət sığortası dünyada çox yayılmış sığorta məhsullarından biridir. Ekspertin sözlərinə görə, bu növ sığorta məhsullarından istifadə imkanları və tələbatı ölkədən-ölkəyə, qitədən-qitəyə dəyişir:
Bölgələrə səyahət edən turistlər niyə sığortalanırlar? - Tur şikrətlərinin yeni tələbləri + FOTO"Müxtəlif ölkələr bunu müxtəlif cür tələb və təklif edirlər. Məsələn, Şengen ölkələrinə gedirsinizsə, viza almaq istəyirsinizsə, onda məcburi şəkildə sizin səyahət sığortanız olmalıdır. Elə ölkələr var, sığorta tələbi yoxdur, könüllüdür. Misal üçün, Türkiyəyə səyahət etmək istəyirsinizsə, sığorta əldə etməyə də bilərsiniz.
Səyahət sığortası haqqında tələb səfər zamanı sağlamlıqla əlaqədar yarana biləcək problemlər üçün ortaya qoyulur. Səyahətdə qəflətən səhhətinizdə problem yaranarsa, müxtəlif məbləğdə dəyəri olan xidmətlər göstərirlər. Eyni zamanda, ölüm halında meyitin, tabutun daşınması üçün də sığortalı olmaq vacib göstərilir. Əsasən, inkişaf etmiş ölkələrdə belə məcburiyyət tətbiq edilir".
İlkin İbrahimov vurğulayıb ki, Azərbaycanda səyahət sığortası məcburi tələb deyil:
Bölgələrə səyahət edən turistlər niyə sığortalanırlar? - Tur şikrətlərinin yeni tələbləri + FOTO"Lakin bir neçə il bundan əvvəl tur operatorlarının bölgələrə təşkil etdiyi səyahətlər zamanı problemlər ortaya çıxmağa başladı. Belə ki, müxtəlif qəzalar, turistlərin səhhətində problemlər və s. baş verdi. Nəticədə, turistlərin müalicəsi, tibbi yardımın göstərilməsi üçün vəsait və məsuliyyət problemləri yarandı.
Bundan sonra tur operatorlarla sığorta şirkətlərinin görüşləri keçirildi, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə müzakirələr aparıldı. Qərara alındı ki, maarifləndirmək lazımdır. Tur operatorlar qısamüddətli ölkədaxili turlarda yarana biləcək çətinliklərin də sığorta şirkətləri tərəfindən qarşılanmasında maraqlı oldular. Hazırda bir çox tur şirkəti bölgələrə səyahət zamanı kiçik məbləğ qarşılığında hər bir turisti səyahət sığortası ilə təmin edir. Hazırda turizm mövsümünün də canlanması səyahət sığortasının da geniş tətbiq edilməsinə şərait yaradır".
Qeyd edək ki, səyahət sığortasının məbləği səyahətçinin hansı ölkəyə getməsindən, səfərin məqsədindən, onun yaşından və səfərin müddətindən asılıdır. Bundan əlavə, sığorta haqları turistlərin hansı qrupa aid olmalarından da asılıdır. İdmançılar, yaşlı və ahıl insanlar, ağır iş arxasınca gedən şəxslərə (şaxtada, tikintidə işləmək üçün) və alpinistlər üçün sığorta haqları sadə turistlərə nisbətən yüksək olur. Onların riskləri fərqli olduğuna görə, sığorta haqqı da daha çox olur.
Şirkətlərin səyahət sığortası üzrə təminat verdiyi sığorta məbləği və sığorta haqqına nəzər saldıqda, görürük ki, sığorta məbləği 5 000 avro, yaxud dollardan başlayır, 50 000 avro və ya dollaradək yüksəlir.
Aysel Aslan

Turizm       Tarix: 03 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberleri idman xeberleri bugünkü son xəbərlər apa.az xeberler