Bolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTO

Bolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTOBolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTO
Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönümü Bolqarıstanın informasiya məkanında da işıqlandırılıb. 
Belə ki, "Cross" xəbər portalında Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın "Xocalıda sağ qalmaq: Yada salmaq ağrılı, yaddan çıxarmaq mümkünsüzdür" başlıqlı məqaləsi, "Fokus" xəbər portalında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin müdiri Natiq Məmmədzadənin "Xocalı soyqırımı: tarixi ədalət faciənin ədalətli qiymətləndirilməsini tələb edir" başlıqlı məqaləsi, www.bgnesagency.com xəbər portalında Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılovanın "Davamlı sülhün ilkin şərti ədalətdir!" başlıqlı məqaləsi çap olunub.
Ermənistan silahlı qüvvələri tərəfindən törədilən amansız qətliamı təsvir edən qanlı hadisələrin şahidləri Xocalıda baş verən hadisələrin hərbi tələbdən irəli gəlmədiyini və məhz azərbaycanlı olduqları üçün silahsız və günahsız mülki şəxslərə qarşı açıq-aşkar soyqırımı aktı olduğunu diqqətə çatdırmışlar. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bu ölkənin müdafiə naziri olduğu dövrdə Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala verdiyi müsahibədə azərbaycanlılar tərəfindən düşünülən "ermənilərin mülki insanlara qarşı əl qaldıra bilməyəcəyi" stereotipinin Xocalıda sındırıldığını etiraf etdiyi də məqalələrdə öz əksini tapıb. 
Məqalələrdə 2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi və öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanmış, Xocalıda olduğu kimi, Vətən müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəf aldığı və nəticədə uşaqlar da daxil olmaqla çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və yaralandığı diqqətə çatdırılıb, həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları qeyd olunub.
Məqalələrdə 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan "Xocalıya ədalət" beynəlxalq kampaniyası nəticəsində Xocalıda kütləvi soyqırımın insan haqları və beynəlxalq humanitar hüququn kobud pozuntusu olması barədə dünya ictimaiyyətində məlumatlılığı artırdığı və bir sıra beynəlxalq təşkilatlar tərəfindən bu hadisənin pisləndiyi də qeyd olunub.
Bolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTOBolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTOBolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTOBolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTOBolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTOBolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTOBolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTOBolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTOBolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTOBolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTOBolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTOBolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır - FOTO

Siyasi       Tarix: 26 fevral 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar son xəbərlər azərbaycanda sonxabar xeberler bugun