Bolqarıstan Prezidenti Azərbaycana səfərini niyə ləğv etdi

Bolqarıstan Prezidenti Azərbaycana səfərini niyə ləğv etdiDünən Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. O, Bakıya nəzərdə tutulan səfərin təxirə salındığı barədə məlumat verib. Radev bundan təəssüfləndiyini bildirib.
Bolqarıstan Prezidenti səfərinin ölkəsindəki daxili siyasi öhdəliklər səbəbindən gözlənilmədən təxirə salındığını diqqətə çatdırıb.
KONKRET.az xəbər verir ki, Bolqarıstanda 1 ilə yaxındır daxili siyasi vəziyyət gərgindir.
Ötən ilin aprel ayında keçirilən parlament seçkilərindən sonra ölkədə sabit hökumət qurula bilməyib. Seçkilərdə heç bir siyasi partiya təkbaşına hökumət qura biləcək səs çoxuğu əldə etməyib. Buna görə siyasi qüvvələr arasında razılaşma əldə edilib.
Razılaşmaya əsasən, seçkilərdə ikinci yerə çıxan "Dəyişikliyə davam – Demokratik Bolqarıstan" partiyasından olan Nikolay Denkov 9 ay hökumətə rəhbərlik etməli idi. Bu müddətdən sonra seçkiləin qalibi olan GERB partiyasının üzvü Mariya Qabriyel hökumətə rəhbərlik edəcəkdi. 9 ay ərzində Qabriyel baş nazirin müavini və xaici işlər naziri vəzifəsini tutumalı idi.
Prezident Radev ötən il Denkovu müvəqqəti baş nazir təyin edib və hökumət fəaliyə başlayıb. Denkovun hakimiyyəti dövründə Azərbaycan-Bolqarıstan əlaqələri inkişaf edib. O, ötən ilin sentyabr ayında Azərbaycanın "dəyərli tərəfdaş" olduğunu bildirib.
Bu ilin martın 6-da Denkov razılaşmaya əsasən istefa verib və prezident Qabriyeli baş nazir təyin edib. Lakin martın 25-də Mariya Qabriyel yeni hökumətin qurulması ilə bağlı danışıqların uğursuzluğa düçar olduğunu açıqlayıb və baş nazir postundan istefa verib. Prezident Radev siyasi qüvvələrə yeni hökumətlə bağlı çağırışlar etsə də, nəticəsiz qalıb.
Siyasi qüvvələr hökumət qurmağa razılaşmadığı üçün Radev texniki hökumət yaratmaqla bağlı danışıqlara başlayıb. Ölkə qanunverciliyinə görə belə hökumətə Xalq Məclisinin sədri, Milli Bankın sədri və ya müavini, Hesablama Qurumunun sədri və ya müavini, ombudsman və ya müavini rəhbərlik edə bilər.
Prezident Radev daxili siyasi böhranı həll etmək üçün qarşıdakı 10 gün ərzində rəsmi proqramlarına dəyişiklik etdiyini, daxili və xarici səfərlərini, eləcə də Azərbaycana səfərini ləğv etdiyini bildirib. "Mən müvəqqət hökumətin formalaşdırılması prosesi üçün mümkün olan hər şeyi edəcəm", – o qeyd edib..
Radev dünən açıqlayıb ki, hökumət qurmaq üçün Hesablama Qurumunun sədri Dmitri Qavçevlə danışıb.
Konsitusiyaya görə, hökumət qurulması prosesi uğursuz olarsa, prezident növbədənkənar seçkilər təyin edir. Yerli mətbuat yazır ki, iyun ayında ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu, son üç idə Bolqarıstanda 6-cı seçki olacaq.Modern.az

Siyasi       Tarix: 30 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xabar xeberlər kriminal xeberler xeberler bugun