Borcalanlarla bağlı qaydalara dəyişiklik edilib

Borcalanlarla bağlı qaydalara dəyişiklik edilibMaliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"a dəyişiklik edilib.
Milli.Az xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması, "iqtisadiyyatın real sektoruna yönələn kreditləşmənin artırılması" çağırışı ilə əlaqədar növbəti addım kimi Palata tərəfindən edilmiş dəyişiklik nəticəsində müddəti 7 ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0.1 faizi ilə məhdudlaşdırılıb.
Banklarda kredit riskinin maksimum həcmini tənzimləyən bu dəyişiklik istehlakçıların zəruri olmayan uzunmüddətli istehlak kreditləri götürməməsinə təsir etməklə məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasını təmin edəcəkdir. Qeyd olunan dəyişikliyin əsas məqsədi istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasıdır.
Məlumat üçün bildirək ki, bundan öncə 18.10.2019-cu il tarixində "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na dəyişikliklər edilmişdir ki, bu dəyişikliklər ilə KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılmış, istehlak kreditləri üzrə isə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilərək risk dərəcələri artırılıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 04 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib

TuranBank ASC-nin İdarə Heyətinin Sədri Orxan Qarayev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan mühüm panel müzakirəsində spiker qismində çıxış edib. Belə ki

Azərbaycanın dövlət borcu bu qədərdir

2026-cı il 1 yanvar tarixinə olan Azərbaycanın dövlət borcu açıqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəy

Azərbaycanda yumurta ucuzlaşdı - 1 qəpiyə satılır

Son günlər ölkə bazarlarında yumurtanın qiymətində ciddi ucuzlaşma qeydə alınıb. xəbər verir ki, əvvəl 1 ədədi 9-17 qəpiyə satılan yumurtalar hazırda bəzi marketlərdə 3-4 qəpiyə təklif olunur. Hətta ayrı-ayrı satış məntəqələrind

Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu rəhbər heyətin strateji idarəetmə bacarıqlarının inkişafı, komanda əməkdaşlığının gücləndirilməsi və süni zəka dövrünün yaratdığı yeni çağırışlara hazırlığın artırılması məqsədilə "Süni Zək

Azər Türk Bank Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinin rəsmi tərəfdaşıdır

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən "BeynəlxalqMaliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyəİnteqrasiyası" adlı forumunda (IFBS 2026) rəsmi tərəfdaş olaraq iştirak edib. xəbər veri

"7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi" keçirilir - FOTOLAR

300-dən çox şirkət, mindən artıq çeşiddə məhsul və xidmətlər "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə nümayiş olunur. . Bugündən etibarən Bakı Ekspo Mərkəzində "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"

Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək

13–14 iyun 2026-cı il tarixlərində Azercell-in dəstəyi ilə dünyanın nüfuzlu robototexnika və texnologiya müsabiqələrindən biri olan "RobotChallenge"-in Azərbaycan üzrə ilk yerli mərhələsi keçiriləcək. "RobotChalleng

Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA

Azərbaycanın halal iqtisadiyyat sahəsində böyük potensiala malik olduğu və bu istiqamətdə regional dəyər zəncirlərinin yaradılmasında mühüm rol oynaya biləcəyi açıqlanıb. İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən illi

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regiona


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun butun xeberler cəbhədən son xəbərlər xeberler bugun 2026