Boris Nemtsovun anası vəfat edib

Boris Nemtsovun anası vəfat edibRusiyanın mərhum siyasətçisi Boris Nemtsovun anası Dina Nemtsova həyatının 97-ci ilində dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə xəbəri onun nəvəsi Janna Nemtsova öz "Facebook" səhifəsində paylaşıb.
"Bu səhər nənəm Dina Yakovlevna Nemtsova həyata gözlərini yumdu".
O, bu xəbərə nənəsinin doğulduğu və öldüyü tarixi (03.03.1928 – 14.02.2024), eləcə də gənclik fotosunu əlavə edib.
Janna Nemtsova bildirib ki, nənəsi ilə vida mərasimi fevralın 16-da Nijni Novqorod şəhər dəfn agentliyində baş tutacaq. Dəfn mərasimi Buqrovski qəbiristanlığında saat 12:30-da olacaq.
Qızlıq soyadı Eydman olan Dina Nemtsova ixtisasca pediatr olub. Rusiyanın əməkdar həkimi adına layiq görülüb.
Xatırladaq ki, Rusiyanın tanınmış siyasi və dövlət xadimi Boris Nemtsov 2015-ci il fevralın 27-də Moskvanın mərkəzində güllələnib. 2017-ci ildə Moskva Rayon Hərbi Məhkəməsinin andlı iclasçılar kollegiyası Çeçenistandan olan Həmzət Baxayev, Zaur Dadayev, Temirlan Əskərxanov, həmçinin Şadid və Anzor Qubaşevləri qətldə təqsirli bilib və onları 11 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edib.
Xatirə SADİQ,
KONKRET.az

Hadisə       Tarix: 14 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər xeberler bugun son.xeber az xeber