Borrell: "Belarusdakı miqrantlar evlərinə qayıtmalıdırlar"
"Belarusdakı miqrantlar humanitar yardım almalı, qaçqın statusu almaq üçün kriteriyalara cavab verməyənlər isə öz vətənlərinə qaytarılmalıdır".
Publika.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
"Biz İraq hakimiyyətinin artıq repatriasiya uçuşları təşkil etdiyini görürük və bunu alqışlayırıq. Aİ-yə giriş pulsuz deyil, bunun üçün bütün qanuni meyarlara əməl etməlisiniz, xüsusən də vizaya sahib olmalısınız, bütün digər yayılan məlumatlar yanlışdır", deyə, o bildirib.
Qeyd edək ki, Belarusun Polşa, Latviya və Litva ilə sərhədindəki miqrasiya böhranı noyabrın 8-dən kəskinləşib.
Onların bəziləri tikanlı məftilli hasarları qıraraq Polşa ərazisinə daxil olmağa cəhd ediblər. İndi kortəbii düşərgədə 2 minə yaxın miqrant var. Aİ ölkələri Minski böhranı qəsdən gərginləşdirməkdə ittiham edir və sanksiyaların tətbiq etməklə hədələyib. Belarus prezidenti Aleksandr Lukaşenko isə deyib ki, bu vəziyyətin yaranmasında Qərb dövlətlərinin özləri günahkardır, onların hərəkətlərinə görə insanlar müharibədən qaçır.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi