Boşanmaq istəyən xanıma deyirəm ki, boşanırsan yaxşı edirsən' - Tanınmış psixoloqla müsahibə

Boşanmaq istəyən xanıma deyirəm ki, boşanırsan yaxşı edirsən' - Tanınmış psixoloqla müsahibəazxeber.com-un müsahibi tanınmış psixoloq Nizami Orucovdur.
- Nizami bəy, fikrinizcə, cəmiyyətdə nəyə görə kütləvi aqressiya var? Niyə insanlar xoşbəxt olmamaqdan gileylənirlər?
- Burada əsas səbəb olaraq mentalitetimizin bir hissəsində olan çürüklükdür. Bizə uşaq vaxtından qadının küçədə gülməməli olduğu, kişinin ağır təbiətli olmalı olduğu fikri yeridilib. Bəlkə də bu sözlər əvəzinə bizə xoş sözlər deyilsə idi, hər həftə Azərbaycandan peyklər buraxılardı. Millət olaraq beynimizə çox gülməyin pis olduğu yeridilib. Bu mövzu ilə bağlı mən videolar çəkəndə insanlar bəzən gülməyi və xoşbəxtliyi maddiyata bağlayırlar. Problemləri və dərdin olmasını başa düşürəm. Mən kiməsə çıxarıb, 500 manat versəm, o insan gülməyə başlamayacaq. Bu artıq sənin beynində qurulmuş bir proqramdır. Axı anlamalıyıq ki, bizim gülməməyimiz bizə pul gətirmir. Kimsə sən ciddi və ya qəmli oturduğun halda gətirib sənin maddi problemlərini həll etməyəcək. Heç nə yolunda getmirsə belə, ən azından gül.
Digər bizi bədbəxt edən xüsusiyyət isə "Camaat nə deyər?" fikridir. "Tiktok"da metroda insanları güldürmək üçün klon paltarı geyinən şəxsi misal gətirək. Əksəriyyət klonun hərəkətlərini daxilən gülməli qarşılasa da, gülmür. Onlar düşünürlər ki: "gülsəm görəsən camaat nə deyər?". Bu virus kimidir. Hər kəs bir-birinə baxır və hər kəs eyni anda düşünür ki, gülmək olmaz.
- Son zamanlar gənc ölümlərinin sayı dayanmadan artır. Sizcə, bunun səbəbi cəmiyyətdir yoxsa ailədir?
- Hər şeyi sırf valideynlərdə və ya cəmiyyətdə axtarmağa ehtiyac yoxdur. Allah bütün ölənlərə rəhmət etsin. Ümumiyyətlə, bizim cəmiyyətdə insan həyatının heç bir dəyəri yoxdur. Toyda oğlan rəqs etdiyi zaman, bilmədən özündən arxada dayandığı qadına qolu toxunmuşdu deyə bıçaqlanmışdı. "Tiktok"da bir digərinə xoşagəlməyən ifadə işlətdiyi üçün görüşüblər və biri digərini qətlə yetirib. İdman zalında bir kişi, digərinə baxdığı üçün öldürülmüşdü. Dava, qan, ölüm. Bizim cəmiyyətdə bu problem çox böyükdür və yaxın gələcəkdə ciddi fəsadlarını görəcəyik. Bu hələ başlanğıcdır. Uşaq vaxtından şəxsiyyəti böyütmək üçün valideynlər heç bir işlə məşğul olmurlar deyə böyüyən yüz minlərlə fərd özünü təsdiq etməyə çalışır. Biri var siz kitab oxuyaraq özünüzü təsdiq edəsiniz, biri də var qeyri-sağlam yola əl atasınız. Bu gün Azərbaycanda milyonlarla kişi və qadın bir-birindən asılı vəziyyətdə bədbəxtdirlər.
Qadınlar da qadın kimi deyillər. Bu əslində tək Azərbaycanda yox, ümumən bütün dünyada yayılmış bir haldır. 21-ci əsrdə vərdiş edilmiş dünya quruluşu, inanclar, dəyərlər, fəlsəfələr və s. hamısı çökdü. Bütün sərhədlər aşıldı. Onu Viktor Frankl da çox gözəl izah edib : "Bu günkü insan böyük bir məna itirib, hər kəs məna boşluğundadır. O mənanı təklif edəcək qurum dünyada yoxdur".
İnsanlar nə olduqlarını bilmir və nə istədiklərinə cavab tapa bilmirlər. Qəbulumda olan 100 nəfərdən 95%-i "Nə istəyirsən?" sualına cavab verə bilmir. Çünki biz özümüzü tanımırıq.Özünü tanımaq, özünə doğru yönəlməkdir, özün ilə məşğul olmaqdır. Məsələn mən. Mən Nizami Orucov. Mən kiməm? Dünya və kainat üçün heç kiməm. Mən önəmli deyiləmmi? Önəmliyəm. Anam üçün və övladım üçün önəmliyəm. Mənim bir xeyirim varmı? Var. İnsanları intiharlardan xilas edirəm, həyat problemlərini həll edirəm. Mənim nəyim var? Mənfi tərəflərim, mənfi xüsusiyyətlərim və müsbətlərim var. Nəticə olaraq, mən özümlə məşğul oluram, kiməsə dəyib-dolaşmıram. Heç bir qadını bədbəxt etmirəm. Heç bir kişini bıçaqlamıram. Cəmiyyətin müəyyən bir hissəsi tərəfindən linç edilirəm. Bunu mən dırnaq arası nifrət adlandırardım. Əslində, onlar məni çox istəyirlər. Yazdıqları isə əslində bir simpatiyanın göstəricisidir. Linç edilməyimin səbəbi isə həqiqətləri danışmağımdır. Reallığı çılpaqlığı ilə danışıram. Mən özümü acımasız reallığın psixoloqu adlandırıram. Boşanmaq istəyən xanıma, deyirəm boşanırsan yaxşı edirsən. Amma gəl əvvəlcə düşün görək niyə boşanırsan. Nədir problem? Məsələn, deyir ki, ərim xəyanət edir. Deyirəm, çox səhv edir xəyanət edir. Yəqin ki, ayrılandan bir müddət sonra həmin qadının həyatına başqası da girəcək. İnanın həmin şəxs də ona xəyanət edəcək. Çünki o qadının özünə qarşı dəyər problemi var.
Ümumiyyətlə, bizdə problemlərdən biri də odur ki, biz-Azərbaycan kişilərinin bir çoxu bizə analıq edəcək qadın axtarırıq. Bir neçə il romantik, sevgidolu və çiçəkli il keçir. Qadını isə olduqca müqəddəsləşdiririk. Bir çox kişi məclislərində deyirəm ki, qadını müqəddəsləşdirmək lazım deyil. Razıyam, qadın bizim üçün dində də, mentalitetdə də, cəmiyyətdə də müqəddəs varlıqdır. Anadır, bacıdır, qızdır, yoldaşdır. Bu öz yerində. Müqəddəsə toxunmaq olmaz axı. Elə bizim də başlıca problemimiz qadını müqəddəsləşdirməkdir. Təklif edirəm ki, həyatın qaydasını pozmasınlar.
Bir çox hallarda həyat yoldaşı ana əvəzi olaraq düşünülür. Ana anadır. Həyat yoldaşı isə həyat yoldaşı. Həyat yoldaşın bacın deyil, həyat yoldaşındır.
- Kişilər anaları və həyat yoldaşları arasında qalsalar, sizcə, kimi seçməlidirlər?
- Kişi ana və qadın arasında qalmamalıdır. 3-cü şəxs həmişə artıqdır. Üçüncü olmaq lazım deyil. Üçbucaq münasibətlərindən uzaq durmalıyıq. Deyək ki, anamızla yoldaşımız arasında problem var. Futbolda çox gözəl bir qayda var, sizin kiminləsə münaqişəniz olanda 3-cü şəxs müdaxilə etmir və problem tez zamanda həll olunur. Ananızla yoldaşınız arasında da problem olsa, ikisi bir-birini şikayət etməyə başlayacaq və problem daha da böyüyəcək. Bu halda kişi anasına və yoldaşına deməlidir ki: "ikiniz də mənim əzizimsiniz. Zəhmət olmasa probleminizi öz aranızda həll edin. Mənə aranızdakı mübahisə haqqında heç bir söz deməyin".
- Azərbaycanda da kişilərin öz həyat yoldaşlarını öldürməkləri halı artıb. Sizcə, belə olan halda qadınların günahkardırmı?
- Qadınların günahı var desək, ölümə birbaşa haqq qazandırmış oluruq. Xəyanət və ya başqa məsələ varsa yola salmaq lazımdır. Öldürmək yox. Başa düşürəm, bəzən insan affekt vəziyyətdə olur. Bəzi insanlar xəyanəti özlərinə sığışdırmırlar. Başqalarının nə deyəcəyini düşünürlər.
Səhv etmirəmsə bu hadisə Tovuzda baş vermişdi. Bir kişi eşidib ki, boşanmış qızı haqqında danışırlar. Bakıya gəlib qızını qətlə yetirmişdi. Kənddə camaat nə deyər deyə, qızını öldürüb. Və ya başqa bir misal çəkim. Oğlan öz boşanmış bacısı ikinci dəfə ailə həyatı qurmasın deyə qətlə yetirmişdi. Bunlar qəribə və çox absurd hadisələrdir. İstər bu hallarda olsun, istərsə də başqa halda, heçkim heçkimi öldürməməlidir.
Digər tərəfdən də danışım. Bəzi qadınlar var ki, qan çıxardır. Mazoxist necə döyülməyi, söyülməyi sevir. O qadınlar da elə.
Mən bəzən öz seminarlarımda məsləhət görüb, deyirəm ki, əziz insanlar, məndən öyrəndiklərinizi kor-koranə gedib hər yerdə tətbiq etməyin. Bəzən elə bir situasiya baş verir ki, görürsən qarşındakı insan təhlükəlidir. Bunu götür-qoy et. Biri var ki, deyəsən ki, zəhmət olmasa, sıranızı mənə verin. Bəlkə də küsər-inciyər. Amma biri də var ki, baxırsan qarşındakı əsəb xəstəsidir. Sıranı ver, qoy keçsin və ya polisə müraciət et. Hər situasiyada eyni cür davranmaq olmaz. Bəzən bəzi qadınlar var ki, onlar "Stop" etməyi bacarmırlar. Eləcə də ailə həyatında mübahisə olanda görürsən ki, kişi affekt haldadır, ya boşan get, ya sığınacağa sığın. Özünü xilas et. Ancaq o insanı son həddə çatdırma.
- Ailədə olan problemlərdən ən çox təsirlənən uşaqlardır. Bəs, ola bilərmi ki, sırf ailədə olan problemlərə görə uşaq intihar etsin?
- Əlbəttə ki, ola bilər. Təəssüflər olsun ki, gənc intiharların sayı ölkəmizdə artmaqda davam edir. Bu qədər psixoloqların fəaliyyət göstərməsinə və bu qədər videoların olmasına rəğmən bu acınacaqlı haldır. Böyüklər öz aralarındakı problemi həll etmədən ailə həyatı qururlar. Sonra uşaq dünyaya gəlir və problemli ailədə doğulmuş olur. Kimsə intihar etmək üçün dünyaya gəlməyib. Uşaq çox vaxt müxtəlif platformalarda gördüyü videolara görə intihar edir. Həmin videoda baş verənləri tətbiq edir. Eyni zamanda bəzən uşaqlar bu yolla diqqət çəkmək ya da, valideynlərini cəzalandırmaq istəyirlər. Bəzən də olur ki, uşaq həmişə görməzdən gəlinir. Təcrübələrimdə bəzən bəzi uşaqları müşahidə etmişəm ki, stolun altında gizlənirlər. İntiharda eyni bu cür baş verir. Uşaq onu görməyən valideyninə sübut etməyə çalışır ki, siz məni görmürdünüz, deməli mən yox olmalıyam.
 Boşanmaq istəyən xanıma deyirəm ki, boşanırsan yaxşı edirsən' - Tanınmış psixoloqla müsahibə- Nizami bəy, sizcə intiharların artmasında media nə dərəcə rol oynayır?
- Ümumiyyətlə burada medianın yox, cəmiyyətin böyük rolu var. Media da cəmiyyətin güzgüsü rolunda çıxış edir. Azərbaycan cəmiyyətində hələ də intiharları dinlə əlaqələndirirlər. İntihar şərh olunduqda isə deyirlər ki: "Cəhənnəmə gedəcək". 5 il ərzində dəfələrlə mənə yazan olub ki, Dəyanət də psixoloq idi, o da intihar etdi. Sonra isə gülüş üçün smaylik atırlar. Bir insanın ölümündən danışıb necə gülmək olar? Bir adam əgər həyatına son vermək qərarına gəlibsə, demək ki, artıq o vəziyyətdən çxıa bilməyib. Ona heç kim kömək etməyib. Bu bir faciədir. İllər əvvəl Azərbaycana gələndə intiharla bağlı hallarla rastlaşmışdım. Psixoloq kimi əlimdən gələni etməklə yanaşı dua da edirdim. Əslində mən dua etməli deyiləm.
Bəzi insanlar var idi, mənə yaxınlaşıb deyirdilər ki, Nizami bəy, mən intihar edəcəyəm. Mən intihar edəndən sonra isə efirə çıxıb deyin ki, mən bu şəxsin psixoloquyam və o heç vaxt fahişəlik etməyib. İntihar edən insan haqqında ağıllarına gələni danışırlar. O insan niyə intihar etdi, həyat eşqini onun əlindən kim aldı, bunu ona nə məcbur etdi? İntihar düşünən bir insan onsuzda canı ilə əlləşir. Mediaya girib baxanda isə görür ki, insanlar intiharla bağlı xəbərlərə smayliklər atır, söyüş söyür, təhqir edir. Bu insan onsuz ümid yeri axtarır. Biz də bir növ o insanı itələyirik ki, get.
Mən insanlara hər zaman deyirəm ki, sizə inanıram. Kövrəlib deyirlər ki, doğurdan mənə inanırsınız? Mənə 27 ildir valideynlərindən ancaq söyüş və təhqir eşitdiyini deyən insanlar var.
Nəyisə bacardıqlarını onlara sübut edirəm. Deyirəm ki, maşın sürməyi bacarmısansa, universitetə girməyi bacarmısansa bunu da bacararsan. Həqiqətən sevgiyə ehtiyacı olan cəmiyyətik.
- Məktəblərdə və universitetlərdəki psixoloq problemi ilə bağlı nə deyə bilərsiniz?
- Bizim evin yaxınlığında 5 bağça var. Qarşılarından keçəndə hər dəfə müşahidə edirəm ki, hər yoldan keçən bağça müəlliməsi olur. ABŞ-dakı tanıdıqlarım deyirlər ki, orada tərbiyəçi olmaq üçün 12 sertifikat almaq lazımdır. Adam oturur, düşünür ki, nə ilə məşğul ola bilərəm? Əvvəllər hər kəs hüquqşünas olurdu, indi isə psixoloqlar məşhurlaşıblar deyə, hər kəs psixoloq olmağa çalışır. Psixologiyaya gələcək adam əvvəlcə bu işi sevməlidir.
Mən əslində işlədiyim insanlara sevgi dili ilə müraciət edirəm. Bu insanın daxilindən gəlməlidir. Kişiyə və ya qadına nifrət edən adam psixoloq ola bilməz. Uşağı sevməyən insanlar psixoloji mərkəzdə uşaqlarla işləyirlər.
Son zamanlar "tiktok" platformasında Daxili İşlər Nazirliyinin apardığı təmizlənmə əməliyyatları mənim çox xoşuma gəldi. Fikrimcə, bu əməliyyatların davamı gəlsə milli-mənəvi dəyərlərə qayıdış baş verər və bu da cəmiyyətin şəfalanmasına gətirib çıxara bilər.
Cəmiyyət şəfalı olsa, iqtisadi baxımından irəli gedə bilərik. Bir zavodda 500 nəfər təsəvvür edin və bu 500 nəfərdən 200-ü tutaq ki, depresiyyadadır. Bu birbaşa istehsalata təsir edir.
- "Tiktok"dan söz düşmüşkən. Sizcə "Tiktok" bağlanmalıdırmı?
- Xeyr. Bir platforma bağlanmalı deyil. Sizin qarşınıza əxlaqsız və ya mənəviyyatsız video çıxanda üzərindən keçin və ya əngəlləyin. Bu halda alqoritm sizin nəyi bəyənmədiyinizi müəyyən edir. "Tiktok"da o qədər layiqli insanlar var ki. Onları izləyin. Yemək bişirməyi öyrədən insanlar var, yeni dil öyrədən insanlar var.
Nalayiq insanları izləyəndən sonra millətin pozulmasından gileylənirik. Qadın kimi bəzənən kişiyə axı bir insan niyə baxsın? O kişini anladıq. Bəs ona baxanın dərdi nədir?
Mənim sözlərim bəzən insanların xoşuna gəlmir. Kasıbçılıq bəhanədir deyirəm hər zaman. Hər kəsin evində ən azından televizor var. Televizor belə olmasa, hər kəsin mobil telefonu var. Axşam olanda həyat yoldaşını, uşağını götür və 70 qəpiyə tum alıb film açın. Birlikdə xoş vaxt keçirin.
Əvvəllər insanlar tərəddüd edirdilər ki, niyə velosiped xətti yoxdur. Velosiped xətti qoydular. İndi isə tərəddüd edirlər ki, velosiped xətti bizim nəyimizə lazımdır.
Bir sözlə, bu cəmiyyəti razı salmaq müşkül məsələdir.
İstədiyiniz qədər rayonlar, istirahət mərkəzləri mövcuddur. Çıxın gedin dincəlin. Hətta bizim ən böyük sərvətimiz elə dənizə çıxışımız olmasıdır. Hər yay video çəkib paylaşıram ki, pulsuzdur. Amma yenə də rəy bölməsində yazırlar ki, pulumuz yoxdur, necə gedək. Orada sadəcə yemək yemək üçün və başqa fəaliyyətlər üçün pul lazımdır.
Düşünürəm ki, əgər əlimiz, ayağımız yerindədirsə hər şey mümkündür. Hətta bunu bəzi çıxışlarımda dilə gətirmişəm ki, İspaniyanı gəzmək üçün Bakıda bir ayımı 64 manat ilə yola vermişəm. Dostlarım məni restorana dəvət edəndə evdə kartof yeyib elə gedirdim ki, mənim orada pulum çox çıxmasın. Simic deyiləm, çox ürəyi açıq insanam. Sadəcə mənim məqsədim var idi.
- Son olaraq izləyicilərimizə nə demək istəyərdiniz?
- İzləyicilərimizə demək istərdim ki, biz çox böyük bir potensiala malik millətik. Mən liseydə təhsil alarkən də görürdüm ki, Gədəbəydən, Şəmkirdən və başqa rayonlardan necə uşaqlar çıxır. Şərait olduğu halda belə uşaqların ortaya çıxması mümkündür.
Biz elə bir dövrdə yaşayırıq ki, indi hər birimizin belə şəraiti var. Bu da internet və sosial şəbəkələrdir. Əziz gənclər, sizə ziyan edən şeyləri vaxtında müəyyən edib, həyatınızdan çıxarın. Xeyirli şeyləri saxlayın həyatınızda. Psixoloji təmiz qalmaq üçün özünüzə sərhədlər təyin edin. İnternetdə qarşınıza hər çıxan videoya baxmayın. Həyat sizə bir müddətlik verib və bu həyatı layiqincə yaşamağa çalışın.
Oksana Orucova


Sosial     Baxılıb: 61   Tarix: 29 aprel 2024
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

Çörəkdən taxta parçası çıxdı: Zavod cəzalandırıldı

Binə çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumatlar yayılıb. Belə ki, aprelin 30-da Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan vətəndaş həmin ərazidəki marketdən çörək alıb. O, evd

Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı

Masallıda intihar hadisəsi baş verib. Hadisə rayonun Səmidxanlı kəndində qeydə alınıb. Kənd sakini, 19 yaşlı Əli Quliyev nənəsinin evində özünü asıb. Onun asılmış meyitini nənəsi tapıb. İntiharın səbəbləri məlum deyil. Faktl

Rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ

"Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatımız var". -a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor

Özünü zəhərləyən kişi xəstəxanada öldü

Xırdalan şəhərində intihar məqsədilə sirkə içən şəxs vəfat edib. xəbər verir ki, şəhərin Nizami küçəsində yaşayan 1971-ci il təvəllüdlü Əkbər Əkbərov mayın 11-i evdə sirkə turşusu içərək özünü zəhərləyib. Kliniki Tibbi Mərkəz

Azərbaycanda bələdiyyə sədri həbs olundu

Qusar rayonunda baş vermiş ekoloji hüquqpozmalarla bağlı vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən -a verilən məlumata görə, Qusar rayonunda ekoloji hüquqpozmaların törədilməs

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var

Təxminən 70 gün əvvəl itkin düşmüş 22 yaşlı Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən olunub. xəbər verir ki, bununla bağlı Lənkəran Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, həyata keçirilmiş çoxsaylı istintaq v

Sürücülərin diqqətinə! - Sabahdan bu yolda təmir başlayır

Sabah saat 09:00-dan etibarən Bakı şəhəri, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsindəki yol qovşağında təmir işlərinə başlanılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Məlumat verilib

Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib. . xəbər verir ki, Qafqazinfo-nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdə

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Sabirabad rayonunun 4 kəndinin qaz təchizatı dayandırılacaq. Report-a istinadən xəbər verir ki, A.İsmayılov küçəsindən Muradbəyli kəndini qidalandıran PE 160 mm-lik orta təyziqli qaz kəmərində kipliyin sınaq olunmas


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeberler xabar az xəbərlər hava