Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana gəlir
Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Nikolson Azərbaycana səfərə gəlir.
Bu barədə azxeber.com-a Böyük Britaniyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, ticarət elçisi Bakı Enerji Həftəsində iştirak etmək və Böyük Britaniyanın Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsinə sadiqliyini vurğulamaq üçün bu gün Azərbaycana dördgünlük rəsmi səfər edəcək.
Baronessa Nikolson səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov, mədəniyyət naziri Anar Kərimov, parlamentin sədri Sahibə Qafarova, enerji, tikinti və səhiyyə şirkətlərinin nümayəndələri ilə görüşəcək. O, işğaldan azad edilən ərazilərin bərpasında əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Prezidentin Zəngilan, Qubadlı və Cəbrayıl rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev və Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimovla da görüşəcək.
Səfər zamanı Baronessa Nikolson Azərbaycanın enerji bazarı imkanlarını və enerji keçidini müzakirə etmək üçün "Baku Connect Event"də də iştirak edəcək. O, həmçinin Bakı Enerji Həftəsi və Bakı Enerji Forumunda da iştirak edəcək.
Xidmetler [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi