Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Prezident İlham Əliyevi təbrik edib
Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Prezident İlham Əliyevi təbrik edib
Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını işğal altında olan torpaqlarınızın, xüsusilə də noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mən ölkənizə səfərlərim zamanı məcburi köçkünlərlə görüşlər keçirən bir şəxs kimi Şuşanın azad edilməsinin xalqınız üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirəm. Şuşanın işğaldan azad edilməsinin Azərbaycanın noyabrın 9-da qeyd etdiyi Dövlət Bayrağı Gününə təsadüf etməsi həqiqətən də əlamətdar hadisədir.
Mən tam əminəm ki, Sizin rəhbərliyinizlə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin və incəsənətinin beşiyi kimi əvvəlki şöhrətini bərpa edəcək. Biz Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri olaraq tarixi Şuşa şəhərinə səfər etməkdən şərəf hissi duyardıq.
Biz, həmçinin üçtərəfli razılaşmaya əsasən Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam və qeyd-şərtsiz çıxarılması barədə bəyanatı da ürəkdən alqışlayırıq.
Cənab Prezident, müharibənin fəal fazasında təmkin və qətiyyət nümayiş etdirməyiniz hamı tərəfindən yüksək qiymətləndirilir. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostları olaraq Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyimizi bir daha bəyan edirik. Biz azərbaycanlı məcburi köçkünlərinin öz doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirik". /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."