Böyük Britaniyadan Rusiyaya qarşı SƏRT ADDIM: Starmer təsdiqlədi
Böyük Britaniyanın baş naziri Kir Starmer Rusiya Federasiyasına qarşı indiyə qədərki "ən böyük sanksiyalar paketinin" tətbiq olunacağını bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, şəxsi X (keçmiş Twitter) hesabında açıqlama verib.
"Rusiyanın milli təhlükəsizliyimiz üçün yaratdığı təhdidi heç vaxt az hesab etmək olmaz. Putinə təzyiqi artırmaq üçün mən ən iri sanksiyalar paketini elan edirəm. İnsanlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyəm", – deyə Starmer bildirib.
Qeyd edək ki, bundan öncə Britaniya hökuməti Rusiyanın "kölgə donanması"nın əsas hissəsini təşkil edən 100 neft tankeri və digər strukturlara qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlamışdı.
Yeni sanksiyalar paketinə neft ixracı, logistik marşrutlar, dəniz daşımaları və maliyyə əməliyyatlarına yönəlmiş ciddi məhdudiyyətlərin daxil olduğu bildirilir. Bu addımın məqsədi Rusiyanın enerji satışından əldə etdiyi gəlirləri minimuma endirmək və Qərb təzyiqlərini daha da gücləndirməkdir.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir