Böyük güclər "erməni kartı"dan niyə istifadə edir?
ABŞ Konqresinin Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qərəzli qətnamə qəbul etməsi Türkiyə ictimaiyyətinin sonsuz hiddətinə səbəb olub.
Publika.az xəbər verir ki, Türkiyənin aparıcı KİV-ləri mövzu ilə bağlı davamlı məlumatlar yaymaqdadır.
Ölkənin çoxmilyonlu tamaşaçı auditoriyasına malik "HABER TÜRK" televiziya kanalı da ictimaiyyəti maraqlandıran suallara cavab vermək üçün "ABŞ "erməni kartı"ndan nə üçün istifadə etdi?" mövzusunda geniş veriliş yayımlayıb. Verilişdə müxtəlif sahələri təmsil edən ekspertlər fikir və mülahizələrini tamaşaçılara çatdırıblar. Canlı yayımda tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırılıb ki, hazırda böyük güclərin "erməni kartı"ndan istifadə etməsi siyasi ənənəyə çevrilib. Diqqətə çatdırılıb ki, zaman-zaman Türkiyəni beynəlxalq siyasi proseslərdən kənarlaşdırmaq üçün "erməni kartı"ndan bəhrələnən böyük güclər bu dəfə də uydurma "erməni soyqırımı" mövzusu ilə siyasi təzyiq göstərməyə çalışırlar. Hazırkı vəziyyət konkret olaraq, Türkiyəni Suriya böhranının tənzimləmə prosesindən kənarlaşdırmaq məqsədilə ortaya çıxıb. Mövcud fakt bir daha təsdiq edir ki, 1915-ci il hadisələri, sadəcə olaraq, yalan və böhtan əsasında siyasi gündəmdə saxlanılır. /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib