Böyük Vətən müharibəsinin İmişlidən olan sonuncu iştirakçısı vəfat etdi
Böyük Vətən müharibəsinin İmişli rayonunda yaşayan sonuncu iştirakçısı vəfat edib.
Veteran Nəbi Nuriyev 102 yaşında dünyasını dəyişib.
N.Nuriyev yaşadığı Qaralar kəndində dəfn olunub.
Qeyd edək ki, o, 1942-ci il fevral ayının 28-də cəbhəyə yollanıb. 130-cu atıcı alayın tərkibində döyüş yolu keçib. Döyüşlərdə göstərdiyi şücaətə görə ona çavuş rütbəsi verilərək bölmə komandiri vəzifəsi tapşırılıb. Sovet-yapon müharibəsində də o, ağır döyüşlərdən keçib. Yaponların cəngavər generalı sayılan Kvantın döyüşən ordusu ilə üz-üzə gəlib. Yaponiyanın Vadlin şəhərinədək döyüş yolunu davam etdirən Nəbi Nuriyev həmin ordunun təslim olunması əməliyyatında da xüsusi fəallığı ilə seçilib.
O, Heydər Əliyevin Böyük Vətən müharibəsində faşizm üzərində çalınan qələbənin 55 illiyi ilə bağlı 2000-ci ildə imzaladığı Sərəncamla "1941-1945-ci illər müharibəsi veteranı" döş nişanı ilə təltif olunub.
///report

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat