Böyükşor gölünün ətrafına 5 milyard dollar investisiya yatırılacaq

Böyükşor gölünün ətrafına 5 milyard dollar investisiya yatırılacaqBu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunun plenar sessiyası çərçivəsində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliyinin investisiya naziri Muhəmməd Həsən əs-Suveydinin iştirakı ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Modon Holding"i arasında "Şəhər daxilində şəhər" ("City within a City") konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Modon Holding"in sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbi imzalayıblar.
5 milyard dollaradək investisiya yatırımı nəzərdə tutan konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.
Daha sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı bir sıra sənədlərin imzalanma mərasimi keçirilib. Tədbir zamanı aşağıdakı sənədlər imzalanıb:
Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarına dair Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi – sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin baş icraçı direktoru Marco Arçelli imzalayıblar.
Təmizlənmiş suyun alqı-satqısı üzrə Su Satınalma Müqaviləsi – sənədi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və Marco Arçelli imzalayıblar.
Torpaq Sahəsinin İcarəsinə dair Müqavilə – sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Marco Arçelli imzalayıblar.
Dövlət Zəmanəti Müqaviləsi – sənədi maliyyə naziri Sahil Babayev və Marco Arçelli imzalayıblar.
Dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlk 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 milyon dollar təşkil edir. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı "ACWA Power" tərəfindən həyata keçiriləcək.
Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etmək məqsədlərimiz sırasındadır. / azxeber.com

İqtisadiyyat       Tarix: 25 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR

Marsol Academy tərəfindən təşkil olunan Amerika Yay Məktəbi proqramı iştirakçılar üçün 15 gün ərzində təhsil, səyahət, mədəniyyət və əyləncə ilə zəngin bir təcrübə oldu. xəbər verir ki, proqram müddətində iştirakçılar ingili

Ətin qiyməti niyə od tutub yanır?

"Azərbaycanda son illər mal və qoyun ətinin qiymətində müşahidə olunan artımın əsas səbəbi yem çatışmazlığı və heyvan sayının azalmasıdır". Bunu "Bakupost"a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəml

Azercell media nümayəndələrini təbrik edir

"Mediacell" istifadəçilərinə 5 GB mobil internet hədiyyə təqdim olunur. xəbər verir ki, Azərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk mill

Quba Palace Hotel-də Hindistan toyu - iki mədəniyyət, bir sevgi hekayəsi - FOTOLAR

Quba Palace Hotel bu günlərdə fərqli mədəniyyətləri bir araya gətirən möhtəşəm beynəlxalq toy mərasiminə ev sahibliyi edir. Üç gün davam edən tədbirdə bəy Hindistandan, gəlin isə Azərbaycandandır. Hindistanın rəngarəng to

Qarabağda yeni ünvan: Xankəndidə ilk "Kontakt" açıldı

Qarabağda gündəlik həyatırahatlaşdıracaq yeni ünvan qapılarını açdı. Ölkənin aparıcı pərakəndə satış şəbəkəsi"Kontakt"ın Qarabağdakı ilk fiziki mağazası Xankəndidə fəaliyyətə başladı. Şəhərin mərkəzində fəaliyyət

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Qlobal əmtəə bazarlarında qiymətli metallar üzrə ticarət qarışıq dinamika ilə başa çatıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın 1 troy unsiyasının qiyməti 20,60 ABŞ dolları və ya 0,51% artaraq

"Azərsun Holdinq"in dəstəyi ilə "Mediada Azərbaycan dili" kitabı nəşr olunub

Medianın İnkişafı Agentliyi və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının birgə təşəbbüsü və "Azərsun Holdinq"in dəstəyi ilə "Mediad

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. ƏƏSMN-dən -a verilən məlumata görə, fon

AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün "Fibonacci" intellektual yarışını təşkil edib. Tədbirin məqsədi media nümayəndələri il


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler hava haqqinda ensonxeberler xəbər.az