BRAVO'da satılan qırımızı ətlərlə bağlı - AÇIQLAMA

BRAVO'da satılan qırımızı ətlərlə bağlı - AÇIQLAMABakıda fəaliyyət gösətərən qəssabxanaların bir qisminin cərimələnməsi fonunda "Bravo" supermarketin "təhlükəsiz ət" başlığı ilə paylaşdığı video sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Bildirilib ki, "Bravo" qəssabxanalarda kəsilən ətləri almaqdan insanları çəkindirmək üçün belə bir kampaniyaya başlayıb.
azxeber.com Pravda.az-a istinadən xəbər verir ki, şəbəkənin paylaşımda "Biz hər bir addımda ət məhsullarını yoxlayır, qoruyur və yalnız etibarlı məhsulları sizin süfrənizə gətiririk. Çünki BRAVO üçün bu sadəcə satış deyil - sizin sağlamlığınız, bizim üçün ən böyük məsuliyyətdir. Keyfiyyətdə doğru seçim – BRAVO!" yazması izləyicilərin narazılığına səbəb olub.
Paylaşıma yazılan şərhlərin bir qismini təqdim edirik:
""Bravo"dan alınan ətlərdən iy gəlir, birmənalı olaraq, özü də hamısından, niyə?"
"Ac qalaram, marketdə satılan əti qətiyyən almaram!"
"Heç kim marketdən ət almayacaq, boşuna özünüzü niyə yorursunuz?"
"Marketlərdə satılan ətlərin qəribə qoxusu olur, yəqin ki, gec xarab olması üçün nəsə vurulur..."
"Niyə başqa yerlərdə kəsim dayanır, əksinə sizdə artır?"
"Monqol, Braziliya ətlərini görəndən adamın market ətlərinə güvəni lap öldü. Ən yaxşısı tanıdığın qəssabdan almaqdır. Onsuz, o pulu veririk də, qoy gözümüzün önündə kəsilənə verək".
""Bravo"da kəsilən ətlər dabaq xəstəliyi tutmayıb…"
"Çox baha verilir. Ət kəsilən yerlərlə "Bravo" market arasında 3-5 AZN fərq var. Qəssabxanada ət 1-2 gün qalır, amma "Bravo"da neçə gün qalır, Allah bilir…"
"Aldım oradan, heç yaxşı deyil, ətin rəngi qırmızı, baha".
"Mən "Bravo"dan çox ət aldım, təəsüflər olsun ki sonuncu dəfə aldığımız kimi çölə atdıq. İstər "dana əti", istər "quzu" adı ilə satılan ət olsun!"
"Aparatla kəsildiyinə görə halal olmadığı bəllidir. Qeyri-müsəlmanlar alıb yedi, bəs müsəlman olan ibadət əhli?
""Bravo"nun əti çox pis ve dadsız olur. Farşı daha demirəm. Çox bərbad dadır. Qoxusu olur…"
"Yaxşı ət kəsim yerlərində olur, marketdə yox, qoca heyvanların camışların ətidir, bişmir, dadı da yox".
"Koroğludakı hipermarketiniz və Xətaidəki marketinizdəki ətlərinizin həm qoxusu, həm də durumu "0"dır".
"Bir qadın "Bravo"da işləyirdi. Bir dəfə mənə dedi ki, nəbadə burdan ət alasınız. Çox pis vəziyyətdə gəlir".
"Bravo"da ancaq qaralmış ət görürük..."
 azxeber.com səsləndirilən fikirlərlə bağlı "Bravo Supermarket" ilə əlaqə saxlayıb. "Bravo" supermarketlər şəbəkəsinin Mətbuat xidmətindən mövzu ilə bağlı verilən açıqlamanı təqdim edirik:
BRAVO'da satılan qırımızı ətlərlə bağlı - AÇIQLAMA"BRAVO marketlər şəbəkəsi fəaliyyətə başladığı ilk gündən etibarən qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət edir. Şəbəkəmizdə qida təhlükəsizliyi standartları və məhsulların saxlanma şəraiti ilə bağlı əməkdaşlarımıza mütəmadi olaraq təlimlər keçirilir. Hər gün mağazalarımızda bütün kateqoriyalar üzrə yoxlamalar aparılır və istehsal müddəti bitmiş və ya istifadəyə yararsız məhsullar dərhal rəflərdən yığışdırılır.
BRAVO-da satılan qırmızı ətlər Qarabağ bölgəsində xüsusi şəraitdə saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan əldə olunur. Bu ətlər tam İslami qaydalara uyğun şəkildə kəsilir və xüsusi soyuducu nəqliyyat vasitələri ilə mağazalarımıza çatdırılır. Ət məhsulları yüksək keyfiyyət standartlarına uyğun olaraq seçilir, müasir gigiyenik şəraitdə saxlanılır və onların təzəliyi, mənşəyi və təhlükəsizliyi daim nəzarətdə olur. Ət məhsulların yoxlanılması zamanı hər hansısa qüsurlar aşkar edildikdə, həmin məhsullar dərhal rəflərdən yığışdırırlır.
Qeyd etmək istərdik ki, BRAVO mağazalarında satılan ət və digər qida məhsulları üzrə aparılan baytarlıq və qida təhlükəsizliyi yoxlamalarının nəticələri müsbətdir. Rəsmi qurumlar tərəfindən verilən bu rəylər BRAVO-nun qida təhlükəsizliyi standartlarına tam uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.
İnsanların sağlamlığı BRAVO üçün əsas prioritetdir. İstehlaka yararsız məhsulların satışına və ya istifadəsinə icazə verilməsi birbaşa qanun pozuntusu hesab olunur. BRAVO bu məsuliyyəti dərk edir və belə halların qarşısını almaq üçün bütün zəruri tədbirləri görür".

İqtisadiyyat       Tarix: 04 noyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun en son xeber bugünkü son xəbərlər sonxeber az