"Bravo"ya basqın edənlərə hökm oxundu - Ömürlük həbs də var

"Bravo"ya silahlı hücumda təqsirləndirilən şəxslərə hökm oxunub.
KONKRET.az xəbər verir ki, Bakıda "Bravo" hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Dəyanət Qüdrətov ömürlük azadlıqdan məhrum edilib.
İbrahim İbrahimov 19 il, Azər Məmmədov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Rövşən İsmayılov 4 il 11 ay 28 gün və Babək İsgəndərov 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum olunublar. Sonuncular məhkəmə zalında həbs ediliblər.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Dəyanət Qüdrətovun ömürlük azadlıqdan məhrum edilməsini, digər təqsirləndirilən şəxslər Azər Məmmədovun 20 il, Səbuhi Qurbanovun 20 il, İbrahim İbrahimovun 20 il, Rövşən İsmayılovun 7 il, Babək İsgəndərov 6 il azadlıqdan mərhum edilməsini tələb edib.
Rövşən İsmayılov və Babək İsgəndərovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri dəyişdirilməsi, onların məhkəmə zalından həbs olunması istənilib.
İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən "Bravo" hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və "Unibank Kommersiya Bankı" ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilməsi, onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülməsi, eləcə də külli miqdarda pul vəsaitinin ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03" markalı yivsiz ov tüfəngi, "Makarov" tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan "Minta37" markalı tapança, çoxsaylı döyüş sursatları, "Unibank Kommersiya Bankı" ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsaitləri aşkar edilib.
Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.
Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.

Hadisə       Tarix: 12 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar bugünki xəbərlər cəbhədən son xeber sou xeberler