Brayza sülh müqaviləsindən danışdı: "Paşinyan üçün aktiv təhlükə var"

Brayza sülh müqaviləsindən danışdı: "Azərbaycan və Ermənistan arasında əsirlər mübadiləsi sülh müqaviləsinə doğru atılan ən ümidverici addımdır".
KONKRET.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı sabiq səfiri Mety Brayza deyib.
O, ötən gün Azərbaycan-Ermənistan sərhədində həyata keçirilən əsir mübadiləsi ilə bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığında baş tutan əsir mübadiləsi nəticəsində Azərbaycan 2020-ci ilin noyabr ayında Hadrut istiqamətində əsir düşən hərbçilərin də daxil olduğu 32 ermənini Ermənistana verib. Ermənistan isə cari ilin aprel ayında Şahbuz rayonu istiqamətində kəskin hava şəraiti nəticəsində Ermənistan ərazisinə keçən Aqşin Bəbirov və Hüseyn Axundovu Azərbaycana qaytarıb.
Öz növbəsində, eks-səfir diqqətə çatdırıb ki, hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərdəki kontekst kəskin şəkildə yaxşılaşıb.
"Hər iki lider məhbuslar məsələsində ifadə etdikləri birgə bəyanatda irəliləməyə və sülh müqaviləsini yekunlaşdırmağa hazır olduqlarını bildiriblər. Hansı ki, mən Ermənistan və Azərbaycan liderlərindən indiyədək bu tipli açıqlamalar eşitməmişdim".
Amerikalı diplomatın gözləntilərinə görə, növbəti addımlar Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, daha sonra isə ölkə başçıları arasında danışıqların intensivləşməsi çərçivəsində keçiriləcək görüşlər olacaq:
"Ümid edirəm ki, onlar irəli sürülən məqsədə, yəni mümkün qədər tez sülh müqaviləsinə nail olacaqlar və bu, yaxın həftələrdə baş verəcək.
Bu, optimist məqamdır. Lakin sülh sazişinin əldə olunması üçün yeganə təhlükə sülh razılaşmasına nail olmaqda açıq-aşkar qərarlı olan Ermənistanın Baş naziri Paşinyan üçün hələ də aktiv olan təhlükələrin mövcudluğudur. Çünki erməni hakimiyyəti hələ də ölkədə güclü müxalifətlə qarşı-qarşıyadır. Doğrudur, ermənilərin əksəriyyəti müxalifətin prinsiplərinə isti baxmasa da, xüsusilə, "Qarabağ klanı" hələ də güclü müxalifət imicini qoruyub saxlayır".

Siyasi       Tarix: 14 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən yeni xəbərlər xabarlar cəbhədən son xəbərlər hava haqqinda