Braziliya bu sahədə dünyanın ən böyük istehsalçılarından birinə çevrilə bilər
Braziliyada neft hasilatı bu ilin fevral ayında gündə 148,63 milyon kubmetr təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artım deməkdir.
KONKRET.azxəbər verir ki, bu barədə ölkənin Milli Neft Agentliyi məlumat yayıb.
Atlantik okeanının dərin sularında yerləşən yataqlar yenidən Braziliyanın ümumi hasilatının 76,1 faizini təşkil edib.
Buna baxmayaraq, 2023-cü ilin noyabrında rekord göstərici gündə 4,7 milyon barelə çatdıqdan sonra, fevral ayı Braziliyada neft və qaz hasilatında azalmanın baş verdiyi ardıcıl üçüncü ay olub.
Cənubi Amerika ölkəsi olan Braziliya 2024-cü ilin yanvarından OPEC+ Əməkdaşlıq Xartiyasına qoşulub. Bununla belə, ölkə hələlik alyansın neft hasilatını azaltmaq səylərini dəstəkləmək niyyətində deyil. O, gündə orta hesabla 3,5 milyon bareldən çox neft hasil edir.
"Petrobras" dövlət şirkəti özünü ən böyük operator kimi bu dəfə də doğruldub: fevral ayında Braziliyada bütün neft və təbii qazın 88,69 faizini istehsal edib. Məlumatlar, Braziliyanın Birləşmiş Ərəb Əmirlikləri (3,4 milyon) və Küveyt (2,7 milyon) kimi böyük neft istehsalçısı olan ölkələri qabaqlayaraq, dünyanın səkkizinci ən böyük neft istehsalçısı olduğunu təsdiqləyir.
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR