Brilliant Dadaşova: "İlhamə Quliyeva haqq dünyada ola bilməz. O, nahaq dünyadadır"
Xalq artisti Brilliant Dadaşova ilə aparıcı Afaq Gəncəlinin küsülü olduğu ortaya çıxıb.
Open.az xəbər verir ki, müğənni bu haqda Tarix Əliyevin "Tolik ilə səmimi" proqramında deyib. Dadaşova bildirib ki, hazırda aparıcı ilə danışmamaqlarının səbəbi "ATV maqazin onlarla" verilişində yayımlanan süjet olub:
"Mənim qədər şər-böhtana məruz qalan ikinci şəxs yoxdur. Maqazin verilişlərində başqa müsahibə vermişəm, fərqli təqdim ediblər. Bir dəfə də oğlum bacım nəvəsi ilə foto çəkdirdi. Götürüb onu xəbər etdilər ki, oğlu evlənib. Doymuşam böhtanlardan. Düşündüm ki, mənə ediblər, indi də uşağıma edirlər?".
B.Dadaşova daha sonra mərhum Xalq artisti İlhamə Quliyevadan bəhs edib:
"İlhamə Quliyeva haqq dünyada ola bilməz. O, nahaq dünyadadır. Çünki çox nahaq hərəkətlər edib. O və ətrafındakılar adımı tanımadığım insanlarla bir çəkdilər. Ömrümdə kəlmə kəsmədiyim, tanımadığım adamlarla... Sosial şəbəkədə xaricdə oturan biri adımı din xadimi ilə və Hacı Məmmədovla hallandırdı. Özü də yazıb ki, 3 ildir. Girdim ona qarğış yazdım: əgər onla kəlmə kəsmişəmsə, Allah mənə, sən yalandan edirsənsə, sənə lənət olsun. Səhəri həmin adam Ukraynada həbs edildi". (Axşam.az)
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq