Britaniya Rusiyanı günahlandırdı
"Rusiya Belarus-Polşa sərhədində miqrantlarla bağlı vəziyyətə görə açıq-aşkar məsuliyyət daşıyır".
Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass bildirib.
Onun sözlərinə görə, rəsmi Moskva böhrana son qoymaq və dialoqa başlamaq üçün Minskə təsir etməlidir: "Sərhəddəki vəziyyət diqqətlə işlənmiş böhrandır. Belarus hakimiyyəti diqqəti ölkədəki bəzi pozuntulardan yayındırmağa çalışır. Biz təkcə bu biabırçı süni miqrasiya böhranının ağır yükünü daşıyan Polşa ilə deyil, həm də Vişeqrad dördlüyünün digər ölkələri - Macarıstan, Slovakiya və Çexiya ilə, Baltikyanı ölkələr və Ukraynadakı dostlarımızla birlikdəyik".
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiyanın miqrasiya böhranı ilə heç bir əlaqəsi yoxdur və bütün ittihamlar əsassızdır.
Xatırladaq ki, artıq bir neçə gündür Polşa-Belarus sərhədində gərginlik yaşanır. Belarusa gəlmiş qanunsuz miqrantlar sərhədi keçərək Polşa ərazisinə daxil olmağa cəhd edirlər. Nəticədə hərbçilərlə miqrantlar arasında qarşıdurma yaşanır. Varşava Aleksandr Lukaşenkonu "kütləvi hibrid hücumunda" ittiham edib və regionda fövqəladə vəziyyət elan edib.
Akqabay

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək