Britaniya "Vaqner"i terror təşkilatı kimi TANIYACAQ
Böyük Britaniya hökuməti yaxın həftələrdə "Vaqner"i terror təşkilatı kimi tanımağa hazırlaşır.
KONKRET.azxəbər verir ki, bu barədə "The Times" qəzeti Britaniya Nazirlər Kabinetindəki mənbələrə istinadən yazıb.
Qəzetin yazdığına görə, hüquqi əsaslandırma Londonda iki aydır hazırlanır.
Belə ki, "Vaqner"ə müvafiq statusun verilməsi Britaniyada təşkilata mənsub olmağı, onun təşkil etdiyi tədbirlərdə iştirakı və onun simvollarını taxmağı cinayət sayır.
Bundan əlavə, təşkilata qarşı maliyyə sanksiyaları da tətbiq oluna bilər. "Vaqner" üzvlərinə Britaniya məhkəmələrində jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı iddialar irəli sürmək qadağan edilə bilər.
Qeyd edək ki, ABŞ yanvar ayında silahlı qrupu transmilli cinayət təşkilatı elan edib. Mart ayında isə Litva Parlamenti "Vaqner"i terror təşkilatı kimi tanıyıb. Kanada və Fransada da oxşar məsələ müzakirə olunur.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi