Bri­ta­ni­ya və Av­ro­pa Bir­li­yi ara­sın­da ticarət münaqişəsinin əsas SƏBƏBLƏRİ

Bri­ta­ni­ya və Av­ro­pa Bir­li­yi ara­sın­da ticarət münaqişəsinin əsas SƏBƏBLƏRİElman Vəliyev, siyasi şərhçi
Birləşmiş Krallıq dedikdə Şotlandiya, Uels, İngiltərə, Şimali İrlandiya nəzərdə tutulur. Böyük Britaniya isə coğrafi addır. Şotlandiya, İngiltərə və Uelsin yer aldığı adaya deyilir. İngiltərə adında heç bir siyasi və inzibati quruluş yoxdur.
Şimali İrlandiya konflikti. İrlandiya adası uzun müddət ingilislərin işğalı altında olub. 1916-cı ildə Pasxa qiyamından sonra irlandiyalı könüllülər İRA( İrlandiya Respublika Ordusu) çətiri altında birləşdilər və ingilislərə qarşı partizan müharibəsi apardılar. 1921-ci ildə B.Britaniyanın Baş naziri Lloyd Corc irlandiyalı vətənpərvərlərlə danışıqlar masası arxasında sülh ağladı. Razılaşma nəticəsində Cənubi İrlandiya praktikada Müstəqil İrlandiya Dövləti oldu. Şimali İrlandiya isə Birləşmiş Krallığa bağlı qaldı. İngilislər İrlandiya adasında bir konflikt yaratmışdılar. Adanı şimal və cənub olaraq iki hissəyə parçaladılar ki, məqsədlərinə rahat çata bilsinlər.
Şimali İrlandiyada 30 ildir davam edən şiddətli münaqişəyə son qoymaq üçün 1998-ci ildə Belfast müqaviləsi imzalandı və Şimali İrlandiya və İrlandiya Respublikasında ictimai səsvermə yolu ilə təsdiq edildi. Millətçi Sinn Fein Şimali İrlandiyanın İrlandiya Respublikası ilə birləşməsinin tərəfdarı idi. Ümumiyyətlə, millətçilərin fikri bu istiqamətdədir və öndə gedən partiyadır. Demokratik Birlik Partiyaı isə Böyük Britaniyanın bütövlüyündən yanadır.
Əsas fundamental məsələ isə Şimali İrlandiyanın iki əsas icması arasındakı münasibətlərdir. Əsasən, protestant icmasından olan ittifaqçılar və loyalistlər, ümumiyyətlə, Şimali İrlandiyanın Birləşmiş Krallığın tərkiində qalmasını istəyirlər. İngilislər, uelslər və şotlandlar ayrıayrılıqda protestant olsalar da, irlandların əksəriyyəti katolik kilsəsinə bağlıdırlar. Millətçi və respublikaçı olan bu katoliklər BK-dan ayrılıb vahid İrlandiya yaratmaq istəyirlər. Şimali İrlandiya ilə İrlandiya Respublikası arasındakı fərqlərdən biri də siyasi sistemədir.
Şimali İrlandiya İngiltərə, Şotlandiya və Uelsin daxil olduğu Birləşmiş Krallığa bağlı monarxiyadır. İrlandiya Respublikası isə parlament sistemi ilə idarə olunan, demokratik sayılan dövlətdir.
Şimali İrlandiya Protokolu. Bu protokol Böyük Britaniya ilə AB arasında imzalanıb. Şimali İrlandiya ilə İrlandiya Respublikası arasındakı ticarəti nizamlamaq məqsədi daşıyırdı. Brexitə baxmayaraq, Şimali İrlandiya Avropa Birliyinin gömrük qaydalarına sadiqliyini davam etdirəcək. İrlandiya Respublikası Şengen sazişinin tərəfi olan ölkə deyil. Şengen vizası İrlandiya Respublikası üçün etibarlı sayılmır. Həmçinin İrlandiya vizası ilə də Şengen ölkələrinə daxil olmaq mümkün deyil. Şengen vizası Avropa Birliyi və Avropa Azad Ticarət Assosiasiyasının üzvlərini əhatə edir. Şengenə malik olan ölkələr: Belçika, Avstriya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə və Lixtenşteyndir. Həmçinin Avropa Birliyinin üzvü olub, lakin Şengen zonasına daxil olmayan ölkələr də vardır.
İrlandiya, B.Britaniya, Rumıniya, Bolqarıstan, Xorvatiya və Cənubi Kipr həmin ölkələrdəndir. Şengen ölkələrinin vətəndaşları bölgə daxilində yalnız şəxsiyyət vəsiqələri və ya pasportları ilə səyahət edə bilərlər. Bunların bəziləri gələcəkdə Şengenə daxil ola bilərlər.
2019-cu ildə Böyük Britaniyanın Baş naziri Boris Conson Şimali İrlandiya Protokolunun bəzi hissələrinin birtərəfli qaydada ləğv olunmasını dilə gətirmişdi. Onların təklifinə görə, İngiltərədən, Şotlandiyadan, Uelsdən Şimali İrlandiyaya göndərilən mallar gömrük rüsumuna tabe olmayacaq, ancaq İrlandiya Respublikasından AB-yə gedəcək mallardan gömrük haqqı alınacaqdı. Bu da Şimali İrlandiyada narahatlığa səbəb oldu. AB isə bunun lüzumsuz olduğunu dilə gətirir.
Bu kimi hadisələr Böyük Britaniya və Avropa Birliyi arasında ticarət konfliktlərinə gətirib çıxarda bilər. Böyük Britaniya hər şeyin AB-nin deyil də, öz standartlarına uyğun olmasını istəyir. AB-nin belə güzəştə gedəcəyini zənn etmirəm.
KONKRET.az

Siyasi       Tarix: 28 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler şou biznes xəbərləri xeberler azerbaycan bu gune olan xeberler