Bakıda saxlanılan FSB əməkdaşlarının kimliyi açıqlandı – 36 min dollara
Rusiyanın FSB (Federal Təhlükəsizlik Xidməti) əməkdaşlarının Azərbaycan ərazisində jurnalist adı altında fəaliyyət göstərərək saxlanılması hadisəsi Rusiya ilə postsovet ölkələri arasında münasibətlərdə görünməmiş presedentə çevrilə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə "Агентство" portalı yazır.
Mənbənin məlumatına görə, əvvəllər bu cür əməliyyatlar zamanı yalnız yerli agentlər saxlanılırdı. Amma Bakıda baş verən son hadisədə birbaşa Rusiya vətəndaşı olan iki FSB əməkdaşı ələ keçirilib. Onlar "Sputnik Azərbaycan"ın rəsmi əməkdaşları kimi fəaliyyət göstərirdilər:
– İqor Kartavıx, 38 yaşında, Orenburq vilayətindəndir. 2011-ci ildən "РИА Новости"də, daha sonra isə "Россия сегодня" agentliyində çalışıb. Sızan məlumata görə, o, son iki ildə 6 milyon rubl (təxminən 77 min dollar) gəlir əldə edib.
– Yevgeni Belousov, 33 yaşında, Moskvadandır. 2000-ci illərdən etibarən hərbi memorial strukturlarında çalışıb, daha sonra "Россия" telekanalında və "Россия сегодня"da fəaliyyətini davam etdirib. Onun iki illik qazancı isə 2,8 milyon rubl (təxminən 36 min dollar) olub.
Hazırda hər iki şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının nəzarəti altındadır və onlara qarşı istintaq tədbirləri davam etdirilir.
Natiq Səlim,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi