Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra Rusiyanın Azərbaycana qarşı yürütdüyü məntiqsiz siyasəti, törətdiyi təxribatları anlamaq olduqca çətindir. Rusiyada baş verən hadisələr, bu ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrıseçkiliyin idarəolunmaz hala gəldiyini bir daha sübut edir. Bu xüsusda, həmyerlilərimizə qarşı aparılan siyasət təzyiq, şantaj, qorxu üzərində qurulub. Hələ də səbəbi obyekt araşdırılmayan məlum təyyarə qəzasından sonra Yekaterinburqda baş verən olaylar, əslində, uzun müddətdir davam edən planlı siyasətin bir hissəsidir və davamlı olacağı şübhə doğurmur. Rusiyanın mövqeyi tam aydındır: Azərbaycanı zəiflətmək, xalqımızın milli qürurunu sarsıtmaq. Əslində, baş verənlər bizimçün yad deyil. Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiya ölkəmizə qarşı tez-tez etnik və milli zəmində təxribarlar törədib.Rusiyanın Birinci Qarabağ savasında ermənilərə tam maddi və texniki dəstək göstərnəsi də heç kimə sirr deyil.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması bir daha rus millətçiliyinin əsl simasını göstərdi. Bu yalnız azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil, eyni zamanda Kremlin Rusiyanın qeyri-rus xalqlarına qarşı real münasibəti və siyasətidir
Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın, etnik zəmində terrora qarşı Azərbaycan cəmiyyəti qəti şəkildə etiraz edir, bu cinayətə göstəriş verənləri lənətləyir.
Tələb edirik ki, Rusiya tərəfi bu terroru törədəkləri tezliklə həbs edib Azərbaycana ekstradisiyasını təmin etsin, rəsmi şəkildə üzr istəsin. Əks halda bu terrorun arxasında dövlətin dayandığı tam isbatlanmış olacaqdır.
Səbuhi Abbasov
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır