Putin: Moskva və Kiyev sülh danışıqlarını davam etdirəcək
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya və Ukrayna tərəfindən hazırlanmış sülh memorandumu layihələri bir-birinə tam ziddir. Onun sözlərinə görə, bu təəccüblü deyil və Moskva danışıqlar prosesini davam etdirmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, Putin Rusiya tərəfinin Ukraynaya daha 3 min Ukrayna əsgərinin meyitini təhvil verməyə hazır olduğunu və mübadilələr başa çatdıqdan sonra Kiyev və Moskva arasında təmasların davam etdiriləcəyini vurğulayıb. Prezidentin sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqların üçüncü raunduna da hazırdır və bu raundun İstanbulda keçirilməsi təklif olunur. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana vasitəçilik səylərinə görə təşəkkür edib.
Danışıqların əsas mövzusu isə hər iki ölkənin təqdim etdiyi memorandum layihələrinin müzakirəsi olacaq. Putin bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri hal-hazırda yeni danışıqlar raundunun tarixini və yerini müəyyənləşdirmək üçün operativ əlaqə saxlayırlar.
Rusiya lideri Qərbi də sərt tənqid edib və NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı vədlərin pozulduğunu xatırladıb. "Bir qarış da irəliləməyəcəyik demişdilər, amma bir neçə genişlənmə dalğası oldu", – deyə Putin qeyd edib. O, Qərbi separatizmi və terrorizmi təşviq etməkdə ittiham edərək bildirib ki, əsas məqsəd bu fəaliyyətlərin Rusiyaya qarşı yönəlməsi olub. Prezidentin fikrincə, artıq Qərblə "təkqapılı oyun" başa çatıb və yeni reallıqlar formalaşmaqdadır.
Natiq Səlim,
KONKRET.az

SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır