Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir

Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidirRusiyanın Yekaterinburq şəhərində baş vermiş hadisələr təkcə fərdi cinayət faktları kimi yox, sistemli və məqsədli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir.
azxeber.com xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanəsilli şəxslərin evlərində vəhşicəsinə reydlər keçirməsi, onları işgəncəyə, ölümə məruz qoyması – sadəcə hüquqi normaların pozulması deyil, etnik təmizləmənin növbəti təzahürüdür.
Deputat qeyd edib ki, 25 il əvvəl baş verən cinayətə görə insanların vəhşicəsinə saxlanılması və qeyri-insani rəftarın tətbiqi beynəlxalq hüququn, o cümlədən BMT-nin İşgəncələrə Qarşı Konvensiyasının açıq pozuntusudur:
"Bu cür davranışlar tək Rusiya Konstitusiyası ilə deyil, insan ləyaqətinə qarşı yönəlmiş vəhşilikdir. Hüquq normalarına görə, əgər bir insan cinayət törətməkdə şübhəli bilinibsə, özü də bütün ailə yox, konkret şəxslər, onların mühakiməsi yalnız məhkəmə tərəfindən aparılmalı, cəzası da qanunvericiliyə uyğun şəkildə verilməlidir. Heç bir hüquq-mühafizə orqanı nümayəndəsinin insanlara işgəncə verməyə, onları öldürməyə haqqı yoxdur".
P.Vəliyeva əlavə edib ki, Rusiyada "rus kimliyi" ideologiyasının süni şəkildə gücləndirilməsi, monoetnik dövlət modelinə keçid cəhdləri, qeyri-rus xalqlara qarşı artan ksenofobiya və nifrət dili – bu ölkənin imperiya xislətindən imtina etmədiyini sübut edir.
Deputat vurğulayıb ki, damğalanmaya və etnik, dini diskriminasiyaya məruz qalan azərbaycanlılar və Mərkəzi Asiya mənşəli miqrantlar Rusiya iqtisadiyyatının onilliklərdir ki, əsas daşıyıcı qüvvəsi olduqları halda, sosial diskriminasiyaya, inzibati zorakılığa və hüquqi ayrı-seçkiliyə məruz qalır:
"Bu hadisələr fonunda bir neçə əsas tendensiya – Rusiya hökumətinin müharibəyə rusları yox, qeyri-rusları göndərmək siyasəti, miqrantların "mütləq günahkar" kimi təqdim olunması, Ukraynada insanlıq əleyhinə cinayətlər törədən Rusiya rejiminin daxildə də qeyri-rus xalqlara qarşı qəddarlığını artırması, Rusiya mediasının açıq anti-azərbaycançı və islamofob ritorikası, Rusiya dövlət təmsilçilərinin mütəmadi olaraq Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlər səsləndirməsi, Rusiya ictimaiyyətini çaşdıran, Azərbaycanın milli maraqlarına toxunan çıxış və ifadələrinin, əslində Rusiya tərəfindən sistemli və məqsədli şəkildə aparılan anti-Azərbaycan siyasətinin tərkib hissəsi olması aydın görünür".
O həmçinin deyib ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus mülki hava gəmisinin Rusiya tərəfindən vurulması, məsələnin qəsdən təkzib və ört-basdır edilməsi, vurulma faktı sübut edildikdən sonra Rusiya tərəfinin uzun müddət hərəkətsizliyi, gecikən üzr və hələ də ödənilməyən kompensasiya, cari ilin fevral ayında ölkəmizə qarşı təşkil edilən kütləvi kiberhücumların Rusiya tərəfindən gəlməsi bunların bariz sübutudur:
Rusiya dövləti və hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısını almaqla yanaşı, bu vəhşiliyi törədən hər bir şəxsə qarşı dərhal və qəti hüquqi tədbirlər görməlidir. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlının və digər qeyri-rus xalqların hüquqlarının qorunması baxımından həyati əhəmiyyət daşıyır. Əgər Rusiya dövləti bu hadisələrə obyektiv hüquqi qiymət verməzsə, bu yalnız ölkədaxili qarşıdurmaları alovlandırmayacaq, Azərbaycanla da münasibətlərdə kəskin qopmalar yaradacaq. Rusiya tərəfi törədilən cinayətlərlə bağlı Azərbaycan xalqından üzr istəməlidir".

Siyasi       Tarix: 30 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video ensonxeberler son xabar cəbhədən son vəziyyət