Britaniya yüzlərlə xüsusi təyinatlını Ukraynaya göndərir
Böyük Britaniya 600-ə yaxın əsgərdən ibarət xüsusi təyinatlı qüvvələri Rusiyanın mümkün işğalı fonunda Ukraynaya yerləşdirməyə hazırdır.
xəbər verir, bu barədə "Mirror" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, London xüsusi təyinatlılar, Xüsusi Kəşfiyyat Alayının üzvləri, tibb işçiləri, mühəndislər, rabitəçilər və Olderşot şəhərində yerləşən 16-cı Hava Hücum Briqadasının 400-ə qədər desantından ibarət bölmələr yaradır.
"Yüksək hazırlıqlı bölməyə deyilib ki, onun çox qısa müddətdə yeridilməsi tələb oluna bilər. 400-dən 600-dək əsgər hazırdır. Bütün texnika yığılıb, onlar Ukraynaya uçmağa və havadan enməyə hazırdırlar" - mənbə bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb. Rusiya qoşunlarının Ukrayna ilə sərhədə yaxın yerdə hərəkətilə bağlı xəbərləri şərh edərkən o, Moskvaya xəbərdarlıq edib.
Akqabay /publika.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək