Britaniyanın dövlət naziri Azərbaycana ilk səfərini edəcək - VİDEO

Britaniyanın dövlət naziri Azərbaycana ilk səfərini edəcək - VİDEOBritaniyanın dövlət naziri Azərbaycana ilk səfərini edəcək - VİDEO
Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.
Birləşmiş Krallığın Arvopa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton, bazar ertəsi, 8 fevral tarixindən başlayaraq Azərbaycana iki günlük səfərə gələcək. Nazirin səfəri Birləşmiş Krallıq ilə Azərbaycan arasında yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməyə istiqamətlənəcək.
Azərbaycana ilk səfərində Nazir Morton, Prezident İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.
Bundan əlavə, Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunu imzalayacaq.
Səfərindən əvvəl Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri qeyd etmişdir:
"Ölkələrimizin xalqları, mədəniyyətləri və təhsili arasında güclü əlaqələri var. Covid-19 və Dağlıq Qarabağdakı münaqişədən sonra Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafını və daha yaşıl əsaslarda quruculuq işlərinə xüsusi diqqət ayıran Prezident Əliyev və Azərbaycan Hökuməti ilə gələcək əməkdaşlıq sahələrini müzakirə etmək üçün görüşməyi səbirsizliklə gözləyirəm.
"Birləşmiş Krallıq qadın hüquqlarının təşviqi sahəsində geniş miqyaslı səylər göstərməkdədir və mən də Azərbaycanda qadın hüquqlarını inkişaf etdirən və məişət zorakılığına qarşı mübarizə aparan ilhamverici qadın liderlərlə görüşməyi səbrisizliklə gözləyriəm.
"İstanbul Konvensiyasına imza ataraq qadınların qanuni hüquqlarını daha geniş şəkildə təşviq etmək üçün Azərbaycanda Qadınlar, Sülh və Təhlükəsizliklə bağlı ilk Milli Fəaliyyət Planının qəbul edilməsi istiqamətində Azərbaycan Höküməti ilə yaxından əməkdaşlıq edirik."
Səfər çərçivəsində BK Naziri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər və Energetika nazirləri ilə də görüşlər keçirəcək və cari ilin noyabr ayında Qlazqoda təşkil olunacaq "COP26" zirvə görüşündən əvvəl bərpa olunan enerjiyə keçid və istixana qazı emissiyalarının azaldılmasına nail olmaq üçün Azərbaycanla əməkdaşlığın inkişaf yollarını müzakirə edəcək.
Nazir Morton, Təhsil naziri ilə görüşərək "British Council"-ın ingilis dili proqramlarının gənclərin həyatına verdiyi müsbət təsiri müzakirə edəcək və qabaqcıl Birləşmiş Krallıq təhsil müəssisələrinin Azərbaycandakı məzunları ilə görüşmək üçün "British Council"-in Britaniya Məzunlarının Təltif olunması mərasiminə qatılacaq. Nazir, Azərbaycan Respublikası Milli Məclisinin qadın sədri ilə görüşdə hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsini müzakirə edəcək və Azərbaycanda qadın hüquqlarını müdafiə edən tanınmış qadın liderlərlə görüşəcək.

/oxu.az

Siyasi       Tarix: 08 fevral 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeberler az son.xeberler cebheden xeberler