Britaniyaya ağır zərbə vuruldu - Qırıcıları
Böyük Britaniyanın Yaponiya və İtaliya ilə birgə hazırladığı 6-cı nəsil "Tempest" qırıcı təyyarə layihəsi çoxillik gecikmələrlə üzləşib. "The Telegraph" qəzetinin yaydığı məlumata görə, yaranan ciddi problemlər səbəbindən Kraliyet Hərbi Hava Qüvvələrinin yeni nəsil döyüş təyyarələrini 2030-cu illərin sonuna, hətta 2040-cı illərə qədər qəbul edə bilməyəcəyi gözlənilir.
KONKRET.az xəbər verir ki, layihənin maliyyələşdirilməsi ilə bağlı yaranan qeyri-müəyyənlik həm ölkə daxilində, həm də beynəlxalq tərəfdaşlar arasında ciddi narahatlıq doğurub. Müdafiə sahəsi üzrə ekspertlər və tənqidçilər Böyük Britaniyanın Leyboristlər hökumətini bu mühüm hərbi proqrama lazımi büdcə və vəsait ayırmamaqda, eləcə də strateji qərarların qəbulunu gecikdirməkdə ittiham edirlər. İlkin plana əsasən, 2035-ci ildə istismara verilməsi nəzərdə tutulan və milyardlarla funt-sterlinq dəyəri olan bu layihənin ləngiməsi Britaniyanın qlobal hava məkanındakı müdafiə qabiliyyətinə və hərbi-sənaye nüfuzuna ciddi zərbə kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK