Bruno Fernandeş: "Ronalduya hücum etmək üçün mənim adımdan istifadə etməyin" – FOTO
Bruno Fernandeş: "Ronalduya hücum etmək üçün mənim adımdan istifadə etməyin" – FOTO
"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş dünənki açıqlamalarına aydınlıq gətirib.
Bu barədə o, "Instagram" səhifəsinin hekayələr bölümündə yazıb.
"Mənim dediklərimi dəqiqliklə paylaşanlara təşəkkür edirəm. Bilirəm ki, "Mançester Yunayted"in uğurlu çıxışını görmək çətindir və yaxşı şeylərdən heç danışmırlar. Demək istəyirəm ki, Kriştianu Ronalduya hücum etmək üçün mənim adımdan istifadə etməyin! Kriştianu yarı mövsüm bizim komandanın bir parçası olub. Mən müsahibədə demişəm ki, "Liverpul" ilə oyundan bəri hər kəs möhtəşəm çıxış edir və biz əsl komanda kimi oynayırıq. Siz nəticələri də görə bilərsiniz! Davam edirik!", - futbolçu sosial şəbəkə səhifəsində yazıb.
Xatırladaq ki, dünən Premyer Liqanın 20-ci turunun matçında "Mançester Siti"yə qalib gələn Erik ten Haqın komandası (2:1) turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. Bruno Fernandeş "Mançester Yunayted"də son aylardakı dəyişikliklərdən danışıb.
"İndi biz bir komanda kimi görünürük. Bir neçə ay əvvəl hər kəsin öz qayğısına qaldığı bir komanda idik. İndi hamının bir-biri üçün çalışdığı bir komandayıq", - deyə o, "BT Sport"a müsahibəsində bildirib.
/ oxu.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi