Brüs Feyn: "Ermənilər türklərə xəyanət edib"
ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın müşaviri Brüs Feyn qondarma erməni soyqırımı ilə bağlı açıqlama verib.
KONKRET.az xəbər verir ki, amerikalı siyasətçi illərdən bəri davam edən erməni iddialarını yalanlayıb.
"Soyqırımı anlayışı 1915-ci ildən onilliklər sonra – 1943-cü ilə qədər icad edilməmişdi. Osmanlı erməniləri 1915-ci ildə qiyam qaldırdılar. Halbuki onların sədaqət borcu vardı, amma Osmanlı İmperiyasından ayrılıb siyasi müstəqillik əldə etməyə can atırdılar. Onlar siyasi məqsədlə getmək istəyirdilər. Onun səbəb olduğu ölümlər tərifinə görə soyqırımı deyildi", – Feyn bildirib.
Onun sözlərinə görə, erməni iddialarını şübhəli edən səbəblərdən biri də Ermənistanın Birinci Dünya Müharibəsinin bütün iştirakçıları arasında arxivlərini açmaqdan imtina edən yeganə ölkə olmasıdır:
"Türkiyə açdı, Fransa açdı, Almaniya, Rusiya, İngiltərə, ABŞ açdı. Arxivlərini yalnız Ermənistan gizli saxlayır. Mövcud vəziyyət təbii olaraq belə bir nəticəyə gətirib çıxarır: Nəyi gizlədirsiniz?".
Brüs Feyn Ermənistanın qurban olduğunu sübut etmək üçün bunu ehtiva edən sübutlarını hamı ilə paylaşmalı olduğunu, amma hələ də bunu etmədiyini deyib: "Əgər qurban olduğunuza inanırsınızsa, əlinizdə olan sənədləri hamı ilə bölüşməməlisiniz? Türkiyə əleyhinə dəlil tapmaq üçün belə bunu etməlisiniz. amma yox, etmirlər".
ABŞ-ın keçmiş rəsmisi Osmanlı İmperiyasındakı bütün etnik və dini azlıqların türklərlə bərabər hüquqlara malik olduğunu vurğulayıb:
"Yunanlar, kürdlər, çərkəzlər, ərəblər və ermənilər Osmanlı İmperiyasında yüksək səviyyədə xidmət edirdilər. Birinci Dünya Müharibəsində ermənilər vətənlərinə xəyanət edərək Osmanlının düşmənlərinə qoşuldular. Ermənilər Qafqaz cəbhəsində ruslarla birlikdə Osmanlıya qarşı vuruşurdular. Onlar türk və gürcü kəndlərini talayıb, sakinlərini qətlə yetiriblər. Araşdırmalarımız zamanı türklər öz arxivlərini açdılar, erməni tərəfi arxivlərini göstərməkdən imtina etdi. Düşünürəm ki, bu arxivlər açılsa, bütün həqiqətlər üzə çıxacaq. O zaman ermənilər bütün dünyadan, xüsusən də türklərdən üzr istəməli olacaqlar".//Teleqraf.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi