Brüsseldə Paşinyana sancılan oxlar - "Kaspi"nin TƏHLİLİ

Brüsseldə Paşinyana sancılan oxlar - Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatındakı nöqtələr Azərbaycanın artan əhəmiyyətinə, oyunçuluq qabiliyyətinə verilən müsbət reaksiya kimi başa düşülə bilər. Belə görünür ki, Paşinyan da bu reallıqları gec-tez qəbul etmək məcburiyyətindədir. 
KONKRET.az mövzuyla bağlı "Kaspi" qəzetinin təhlilini təqdim edir.
Nəhayət ki, müəyyən intervaldan sonra, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüssel formatında görüş bərpa olundu.
Liderlərin yenidən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir araya gəlməsi ümumilikdə müsbət haldır və regiondakı bataqlıqların qurudulması yönündə ümidləri öldürmür.
Mayın 14-də İlham Əliyevlə Paşinyanın Qərbin siyasi mərkəzi olan Brüsseldə danışıqlara qatılması bir neçə istiqamət baxımından önəm qazanır.
Görüş öncəsi durum
Öncəliklə, görüşdən öncəki hadisələrin axarına fikir vermək lazımdır. Ermənistan Azərbaycanla sərhəddə təxribata əl ataraq hərbi mövqe qazanmaq istəyirdi.
Ancaq Azərbaycan Ordusunun gördüyü adekvat tədbirlər nəticəsində Ermənistanın hərbi eskalasiya yaradıb regionu döyüş meydanına çevirmək, bununla da beynəlxalq missiyaların rəsmi Bakıya qarşı münasibətini körükləmək planı baş tutmadı.
Paşinyan istədiyinə nail olmadıqdan sonra regional təcriddə batmağın ssenarisini təsəvvür edərək Brüsselə yol aldı və Azərbaycanın Ermənistanın revanşist meyllərinə qarşı ardıcıl strategiyasının oxları ona "sancıldı".
Sözsüz ki, Paşinyan Brüsseldə həmin "sancılar"dan qıvrılıb, bunun əlamətlərini Şarl Mişelin danışıqlardan sonrakı bəyanatının sətirləri arasında axtarmaq olar. O məsələyə qayıdacağıq, buna qədər bir neçə detala da toxunmaq lazımdır.
Paşinyan gah Avropa İttifaqının Ermənistandakı missiyasına, gah Rusiya tərəfindən beyninə yeridilən tezislərə, gah Fransanın ədalətdən kənar və qərəzli mövqeyinə, gah İranın vurnuxmasına bel bağlaya-bağlaya ağlar günə qalır.
Onun hesablamalarında xətalar mövcuddur, Paşinyan strateji gedişatları və onun perspektiv nəticələrini oxumaqda çətinlik çəkir. Əks təqdirdə, Azərbaycanla ölkəsi arasındakı qüvvələr nisbətinin fərqini anlayıb düzgün qərarlar verərdi.
Beynəlxalq konyunkturada söz sahibliyini itirən Fransa, qlobal səhnədə büdrəyən İran, Ukrayna cəbhəsində taktiki uğursuzluqlara düçar olan Rusiya onun köməyinə gələ bilməz. Xüsusilə Moskva İrəvanı "edam kürsüsünə" çıxarmaqda israrlıdır, Azərbaycan və Türkiyə ilə əməkdaşlığı üstün tutur. Yəni Paşinyana Kreml tərəfindən vəd edilən nələrsə xamdır, çiydir və cilalanmayıb.
Qərbdən gələn siqnallar da Paşinyanı sakitləşdirməlidir. O, Azərbaycanın Avropa enerji bazarlarındakı artan rolu səbəbindən ölkəsinin genişmiqyaslı dəstək almayacağını anlamaq məcburiyyətindədir.
Mişelin "oxuduqları"
Şarl Mişelin bəyanatındakı nöqtələr Azərbaycanın artan əhəmiyyətinə, oyunçuluq qabiliyyətinə verilən müsbət reaksiya kimi başa düşülə bilər, hərçənd ki, Qərbdə hələ də fərqli mövqedə duranlar var.
Şarl Mişel bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü 86 600 kvadrat kilometr, Ermənistanınkı isə 29 800 kvadrat kilometr. Bu, artıq Azərbaycanın ərazi bütövlüyünə qarşı ikibaşlı mövqelərə aydın cavabdır, qısası, rəsmi Bakı Qərbin bir qolu olan Avropa İttifaqını öz ərazi suverenliyi ilə bağlı tezislərinə inandırıb.
İkinci, Mişelin bəyanatında Zəngəzur dəhlizinə önəmli vurğu əks olunur, cənab Mişel bildirir:
"Tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər".
Bu artıq yeni detaldır və Zəngəzur dəhlizi layihəsinin prioritetlərində Azərbaycana beynəlxalq dəstəyi artıran mexanizmləri hazırlayacaq.
Humanitar məsələlərə gəlincə, qarşıdakı həftələr ərzində Azərbaycan və Ermənistanda saxlanılan şəxslərin qarşılıqlı azad edilməsi gözlənilir. Bu mənada Ermənistanda həbs edilən iki Azərbaycan hərbçisinin azad edilməsi üçün Paşinyanın öhdəlik götürdüyünü deyə bilərik.
Hələ sülh yoxdur
Ümumiyyətlə, hələ sülhdən danışmaq tezdir, Brüssel görüşü sadəcə mütləq sülhə aparan yolda bir addım da irəliyə getməkdir.
Sülhün davamlılığını təmin etmək üçün Azərbaycan Ermənistanı hərbisizləşdirən bəndləri razılaşmaların mətninə daxil etdirə bilər.
Avropa İttifaqının məxfi və regional xəritəni dəyişəcək ambisiyalı gündəliyi yoxdur, ona görə də həmin istiqamətdəki müzakirələr üçün ən yaxşı platforma elə Brüsseldir.
Brüssel formatının Qərbin maraqlarına xidmət edən davamı Moldovanın paytaxtı Kişineuda gerçəkləşəcək. Belə ki, liderlər Avropa Siyasi Birliyi sammiti çərçivəsində iyunun 1-də Moldovada bir araya gəlməyi planlaşdırır.
Bu, Ermənistanın Qərbdə də populyarlığının azalması tendensiyası fonunda maraqlı bir mənzərə yaradır, lakin gözlər həm də Rusiyaya dikilib.
Düzdür, Rusiya mərkəzli danışıqlar da heyrətamiz mənzərə çıxarmayacaq, lakin bu, Qərbdəki razılaşmaların Kreml saatı ilə tutuşdurulması baxımından önəmə sahibdir.
Proqnozlara gəlincə, Azərbaycan şərtlərini gücləndirmək üçün Paşinyanın qeyri-müəyyən mövqeyindən istifadə edərək ona dərs verəcək. Azərbaycan Ermənistanın sülhlə bağlı addımlarındakı real və manipulyasiyaedici mövqeləri fərqləndirərək sərhəddəki məqsədlərini irəlilədəcək.

Siyasi       Tarix: 21 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xabarlar cəbhədən son görüntülər krimnal xeber