BŞİH son 5 ildə yolların qardan təmizlənməsi üçün aldığı duza nə qədər pul xərcləyib?

BŞİH son 5 ildə yolların qardan təmizlənməsi üçün aldığı duza nə qədər pul xərcləyib?Son günlər ölkədə müşahidə olunan qarlı və şaxtalı hava şəraiti paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaradıb.
Avtomobillərin hərəkətinin çətinləşməsindən sonra paytaxtın əsas yollarında sürət həddi endirilib. Eləcə də bütün tablolarda "buzlu yol" işarəsi qoyulub və sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.
Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq hər bir istiqamətdə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət davam etdirilib. Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrini birləşdirən magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində yerindəcə operativ tədbirlər görülüb.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) isə kommunal strukturların gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini, maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpildiyini və bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-ə yaxın işçi qüvvəsinin cəlb edildiyini açıqlayıb.
İqtisadiyyat.az son beş ildə BŞİH tərəfindən qış mövsümündə yollarda qarın-buzun əridilməsində istifadə üçün nəzərdə tutulan texniki duzdan nə qədər alındığını və buna nə qədər vəsaitin xərcləndiyini araşdırıb.
Məlum olub ki, son beş ildə BŞİH-in Mənzil Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən 15 000 tona yaxın texniki duz alınıb və bu satınalmalara 1,8 milyon manata yaxın vəsait sərf olunub.
Belə ki, ötən ilin noyabrın 1-də "FƏZA-F" şirkətindən 2 000 ton texniki məqsədli emal edilməmiş xam duz alınıb və qurum bunun müqabilində şirkətə 248 036 manat vəsait ödəyib.
İdarə 2023-cü ilin avqustun 9-da 2300 ton texniki duzun satın alınmasına görə "FİDAN-TN" şirkətinə 262 199,54 manat ödəniş edib.
2022-ci ilin avqustun 19-da isə qurum tərəfindən 2300 ton texniki duz sifariş edilib və sifarişi çatdıran "FƏZA-F" şirkətinə 298 702,84 manat ödənilib.
Sanitariya və Texniki Təmizlik İdarəsi 2020 və 2021-ci illərdə 4 dəfə texniki duz sifariş edib.
Belə ki, İdarə 2021-ci ilin avqustun 11-də 5 000 ton xam duzun alınmasına görə "Fidan-TN" şirkətinə 599 971 manat, həmin ilin dekabrın 17-də "Ramin-AŞ" şirkətindən 1 560 ton xam duzun alınmasına görə isə şirkətə 190 320 manat ödəniş edib.
2020-ci ilin oktyabrın 7-də qurum tərəfindən "Şamxal- MQ" şirkətindən 1 400 ton duz alınıb və buna görə şirkətə 154 000 manat ödəyib. Həmin ilin dekabrın 22-də 350 ton duza görə fiziki şəxs Ağayev Fizuli Telman oğluna 42 000 manat ödəniş edilib. / azxeber.com

Sosial       Tarix: 25 fevral 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler son xabar cəbhədən ən son xəbər xeberler bugun