Bu 4 təhlükəni iftar süfrələrindən UZAQLAŞDIRIN

Bu 4 təhlükəni iftar süfrələrindən UZAQLAŞDIRINQidalanma mütəxəssisi Şengül Sangu Talak Ramazan süfrələrində nəzərə çarpan 4 təhlükəli yeməyi açıqlayıb.
Milli.Az xəbər verir ki, tanınmış ekspert oruc tutanlara vacib xəbərdarlıq edib. Dietoloq bildirib ki, təxminən 16 saatlıq orucdan sonra iftarda çox sürətli yemək ağırlıq, mədə yanğısı, ürək bulanması və qaz ilə qəbizlik kimi həzm problemlərinə səbəb ola bilər. Tədqiqatlar göstərir ki, toxluq hissi beyinə yemək yedikdən 15-20 dəqiqə sonra gedir. Eyni zamanda imsakda da sürətlə yeyib yatmaq həzm sistemində problem yarada bilər. Bu səbəbdən həm iftarda, həm də imsakda yavaş-yavaş yemək və çox çeynəmək ən yaxşı üsuldur.
Qızartma yeməklər
İmsakda və ya iftarda çətin həzm olunan yağlı qidalardan və qızartmalardan uzaq durmaq lazımdır. Çünki belə yeməklər qaz və şişkinliyə, eyni zamanda reflüyə yol aça bilər. Qızardılmış qidalar həm susuzluq hissini gücləndirir, həm də yüksək kalorili tərkibi sayəsində çəkinin artmasına təsir göstərir. Bundan əlavə, qızardılmış qidalarda əmələ gələn akrilamid adlı kanserogen maddələr məhsulların tərkibindəki faydalı elementləri öldürür. Odur ki, qidaları yağda qızartmaq yerinə, buxarda və ya sobada bişirin.
Şərbətli unlu məhsullar
İftardan sonra çoxlarının gözü şirniyyat axtarır... Lakin unutmamalısınız ki, şərbətli un məmulatları qanda şəkərin səviyyəsini inanılmaz dərəcədə artırır. Odur ki, şərbətli və kremli şirniyyatlar yerinə südlü desertlərə üstünlük verməkdə fayda var.
Duzlu məhsullar və turşular
İsti havalarda oruc tutanlara aclıq çox susuzluq təsir edir. İmsakda çox duzlu pendir gün boyu susuzluğu hissini artırır. Odur ki, bədənin su ehtiyacını balansda saxlamaq üçün az duzlu pendir və suda isladılmış zeytunlara üstünlük verin. Ədviyyatlarla zəngin kolbasa, sosiska və sucuqları isə imsakda yeməyin.
Həddən artıq çay və ya duz
Xüsusilə qara çay və qəhvə tərkibindəki sidikqovucu təsirlərinə görə bədəndən suyun xaric olmasını artıra, tərkibindəki kofeinin stimullaşdırıcı təsiri isə yuxusuzluğa səbəb ola bilər. Bu səbəbdən qəhvə və çay miqdarına nəzarət edin. Yaxud da bir stəkan su içərək maye ehtiyacını ödəməyə çalışın. Çobanyastığı və ya şüyüd kimi bitki çayları həzmi yaxşılaşdırır, qaz və şişkinlik problemlərinizi azaltmağa kömək edir. Həm vitamin, həm də mineral dəstəyini təmin etmək üçün yeməkdən iki saat sonra kefir, duzsuz ayran və süd için. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 19 may 2020
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber dunya xeberleri xeberler az en sonxeber